Övladlarımız VULQAR sözləri indi dərsliklərdən öyrənəcək?! – Yeni dərsliklər

Övladlarımız VULQAR sözləri indi dərsliklərdən öyrənəcək?! – Yeni dərsliklər

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, orta məktəb dərsliklərində uşaqlara münasib olmayan yetərincə mətnlər var.

"Məsələn, ibtidai siniflərdə tanınmış uşaq şairlərinin şeirlərini çıxarıb, yerinə nə bir mənası, nə bir əhəmiyyəti olan şeirlər salıblar. Texniki fənlər - riyaziyyat, fizika, kimya kimi fənlər üzrə dərsliklər daha çox rus kitablarından tərcümə olunur və yalnızadlar dəyişdirilir. Orta məktəblərin Azərbaycan dili bölmələrində xeyli bu cür problemləri sadalamaq olar".

"Birinci sinif riyaziyyat dərsliyində magistratura imtahanlarına düşən məntiq testləri", "küçə danışıqlarını yığıblar dərsliklərə", "Təhsil nazirimiz hara baxır?" və s. - bunlarsosial şəbəkə istifadəçilərinin dərsliklər haqda bildirdiyi fikirlərdən nümunələrdir.

Amma elə məsələlər də olur, kontekstdən çıxarılır. Məsələn, aşağıdakı parça:

"Həsən və Mehdi söhbət edir:
- Alə, axşam gedey gezmeye?
- Hara, brat?
- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutarığ.
- Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırlıqlarım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu... Lap adamı təkərə salırlar eyy...
- Karoçi, gedirsən, getmirsən?
- Yox da, qırıl, dedim, dərsə gedirəm".

Bu, 8-ci sinif "Azərbaycan dili" dərsliyindən bir nümunədir. Bu, sosial şəbəkələrdə "bayağı danışığın şagirdlərə aşılanması" kimi təqdim edilir.

Halbuki Təhsil Nazirliyinin Tədris şöbəsinin müdir müavini Əsgər Quliyev deyir ki, elə həmin mətnin yanında eyni adamlar arasında dialoqun vulqar olmayan variantı verilib. Bununla şagirdlərə anladılır ki, "elə yox, belə danışmaq lazımdır".

Əsgər Quliyev dərsliklər haqda başqa tənqidlərlə də razılaşmır:

"Əvvəlki proqramda Ana dili dərslikləri "Ala-bula boz keçi", "Xoruz" şeirləri ilə başlayırdı. O dövr geridə qalıb. İndi dünya dəyişib. Məktəbdə uşağa "Xoruz", "Ala-bula boz keçi" şeiri ilə heç nə verə bilmərik. Dövr, zaman dəyişib".

Ələsgər Quliyev deyir ki, bəzən yazıçılar bayağı sözləri obrazların dilindən verirlər, bu da onların xarakterini açmaq üçün edilir: "Şagird də bunun mahiyyətini bilməlidir ki, nə üçün bədii ədəbiyyata gətirilir. İsmayıl Şıxlının "Dəli Kür" əsərində Cahandar ağanın dilindən verilən ifadə də tənqid olunurdu. Bu əsər Azərbaycan ədəbiyyatındakı sanballı əsərlərdəndir".

"Dəli Kür"dən olan sözügedən parçanın heç bir halda dərsliyə salınmasını münasib saymayanlar da var.

Azadliq.org

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__13145254

duz deyir

Qonaq__13328954

belə sözlər yalnız obrazların dilindən verilə bilər.həmin obrazın xarekterini açmaq üçün.Amma dərsliklərə bucür mətnlərin verilməsi yolverilməzdir.

Qonaq__13344727

ele yazmamaliydilar mende 8 ci sinifde oxuyuram amma bu kitabdan mendede varbunun olmasaini istemirem birden balaca bir usaqin bu kitaba hevesi gelse alib oxusa oda ister istemez bu sozleri oz nitqinde isledecek bu kitabimn bir yyesi de menem

Qonaq__13384320

mence duz yaziblar cunki usaqlar onustda bilir bu sozleri men ozumde 8 de ouyuram bu metni vermeselerdi diger metnin tesiri bir o qederde cox olmazdi

Qonaq__13398311

Men bu riyaziyyat kitabindan bir soz bass duwmurem

Qonaq__12940075

bu cur dioloqlarin dersliklerde verilmez duzgun deyil

Qonaq__12898695

Mence vulqar sozlerin kitabda bu cur yazilmasi hec de duzgun deyil. Axi biz gormusuk kitabda hemise terbiyevi seyler yazilsin

Qonaq__13414498

duzdür.məy 4-cü sinif müəlliməsiyəm azərbaycan dili kitabında yazilan kiçik bir nümumə. uşaq satıcıdan tjpun qiymətini soruşur. saqtıcı 3 man olduğunu deyir. uşağın cavabı oydaa

Qonaq__12956550

Mənim daha bunlara sözüm yoxdur :( Çox məyus edici haldır

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed