Oxşar əmtəə nişanları altında məhsul istehsal edənlərə qarşi nə edilir?

Oxşar əmtəə nişanları altında məhsul istehsal edənlərə qarşi nə edilir?

Azərbaycanda istehlakçını çaşdıra bilən oxşar əmtəə nişanları ləğv olunacaq.

Bu barədə"Report"a Əqli Mülkiyyət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərmiş Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən həmin ilin oktyabr ayının 17-dək (ölkə Prezidentinin göstərilən Sərəncamına əsasən yeni yaradılmış Əqli Mülkiyyət Agentliyinin faktiki fəaliyyətə başladığı vaxtadək) bəzi hallarda ekspertiza rəyi əsasında müvafiq qorunma (mühafizə) sənədi verilmiş əmtəə nişanları üzrə müsbət ekspertiza rəyləri (qərarları) onların qüvvədə olma müddətinin uzadılması, əmtəə nişanlarından istifadəyə dair müstəsna və ya qeyri-müstəsna lisenziyanın, habelə nişanlara hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması ilə əlaqədar Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən keçirilən ekspertizanın nəticələrinə uyğun gəlmir.

Bu səbəbdən əmtəə nişanlarının qüvvədə olma müddətinin uzadılması, əmtəə nişanlarından istifadəyə dair müstəsna və ya qeyri-müstəsna lisenziyanın, habelə nişanlara hüquqların verilməsi barədə müqavilələrin qeydiyyata alınması ilə bağlı müraciətlərin hüquqi əsasları araşdırılarkən uyğunsuzluq aşkar edildiyi təqdirdə əvvəllər keçirilmiş ekspertizanın nəticələrinə yenidən baxılacaq və yuxarıda qeyd olunan tarixdən öncə verilmiş ziddiyyətli qərarlar nəzərə alınmayacaqdır.

Məqsəd fərqlənmə qabiliyyəti olmayan və istehlakçını çaşdıra bilən oxşar əmtəə nişanları ilə təchiz edilmiş malların və ya göstərilən xidmətlərin, o cümlədən keyfiyyətsiz malların bazara çıxışının məhdudlaşdırılması, həmçinin hüquq sahiblərinin qanuni əmtəə nişanlarına olan hüquqlarının haqsız rəqabətdən qorunmasına dəstək göstərməkdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed