"Öyrənmə və öyrətmə sənəti" layihəsi fəaliyyətini davam etdirir

Öyrənmə və öyrətmə sənəti


Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsinin qalib layihələrindən olan “Öyrənmə və öyrətmə sənəti” layihəsi 15 sentyabr 2021 – ci il tarixdən öz fəaliyyətinə başlayıb. Layihənin məqsədi müəllimlərə şagirdlər üçün “Fotoqrafik yaddaş” və “Beyin xəritələri” üsulunun tətbiqi ilə müstəqil öyrənmənin təmin edilməsi metodikasının mənimsədilməsinə dəstək olmaqdır.

20 sentyabr 2021 – ci il tarixdə Microsoft Teams platforması üzərindən layihənin açılış konfransı keçirilmişdir. Konfransda Bakı şəhəri, Sabunçu rayonu ümüutəhsil məktəblərinin rəhbərləri, müəllimlər, layihə rəhbəri, təlimçilər və ekspertlər iştirak etmişdir.

Layihə rəhbəri, Bakı şəhəri Sabunçu rayonu Ak. X. Yusifzadə adına 112 nömrəli tam orta məktəbin tarix müəllimi Şahnaz Quliyeva tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Həmçinin layihənin məqsəd və vəzifələri, qarşıda görüləcək işlər barədə çıxış edən təlimçilər Nurlanə Əzimova və Gülnaz Quliyeva ətraflı məlumat veriblər. Sonda layihə barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.

25.09.2021 – 21.10.2021 – ci il tarixində Beynəlxalq təlimçi “Öyrənmə sənəti” qurucusu Göksəl Ağma tərəfindən təlimçilərin hazırlanması məqsədilə 20 saatlıq TOT təşkil edilmişdir.

Sabunçu rayonu ümüumtəhsil məktəblərini əhatə edən, təlim keçilməsi üçün nəzərdə tutulmuş 60 nəfər müəllimin seçilməsi üçün ilk əvvəl microsoft forms üzərindən qeydiyyat başladılmış və qeydiyyatdan keşmiş 407 müəllimdən də anket sorğu vasitəsilə 60 müəllim müəyyən edilərək təlimlərə cəlb edilmişdir. Təlimlər 30 nəfər müəllimdən ibarət olmaqla iki qrup şəklində 10 – 30 noyabr tarixlərində təşkil edilmiş və 20 saatlıq “Öyrənmə və öyrətmə sənəti” təlimi təşkil edilmişdir.

Təlimin sonunda təlim materiallarının öyrənilmə səviyyəsinin müəyyən etmək məqsədilə qiymətləndirmə aparılmışdır.

Qeyd edək ki, “Öyrənmə və öyrətmə sənəti” adlı layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant Müsabiqəsində “Fərdi Kateqoriya” üzrə qalib gəlib.

  • Paylaşmağı unutma

Səhr yaz

......