Pedaqoji Universitet tələbələrin narazılığı nədir?

Pedaqoji Universitet tələbələrin narazılığı nədir?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Mətbuat xidməti təhsil ocağının yeməkxanası ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama verib.Modern.az-ın məlumatına görə, açıqlamada yeməkxanada kitab oxuduğunu iddia edən tələbələrin narazılığına cavab verilib.ADP bildirib ki, universitetin professor-müəllim və tələbə heyətindən dəfələrlə şikayət daxil olub ki, hər hansı qida qəbul etmədikləri halda yeməkxanadakı yerləri həddən artıq məşğul edən tələbələr var və buna görə də digər müəllim və tələbələr yeməkxanadan istifadə edə bilmir.“Sözügedən videodakı səlahiyyətli şəxs isə univeristetin İnzibati departamentinin müdiridir və təhsil ocağının infrastrukturu ilə bağlı şikayət və təkliflər həmin struktura yönləndirilir. Mövcud vəziyyətlə bağlı yeməkxanadakı həmin tələbələrlə bir neçə gün ərzində izahat söhbətləri aparılıb. Lakin təəssüf ki, eyni tələbələrə bu məsələ dəfələrlə izah edilsə də, bəziləri bunu anlayışla qarşılamayıb və tövsiyələrə məhəl qoymayıb.

Digər tərəfdən bildirmək istəyirik ki, Pedaqoji Universitetin yeni istifadəyə verilmiş Kitabxana-İnformasiya Mərkəzi və əlavə geniş oxu zalında tələbələrimizin oxuması, tapşırıqlar işləməsi, internetdən istifadə etməsi və elektron kitabxanaya daxil olması üçün bütün şəraitlər mövcuddur. Kitabxana-İnformasiya Mərkəzində ümumi oxu zalından əlavə hermetik arakəsmələrlə ayrılan və səskeçirməyən bir neçə müzakirə otaqları da var. Hansı ki, bu otaqlarda təkcə kitab oxumaq deyil, internetə qoşulmaq, təqdimatlar etmək üçün də hər bir şərait var və burada bir neçə tələbə rahatlıqla müzakirə apara bilər. Eyni zamanda Kitabxana-İnformasiya Mərkəzində tələbələrin rahatlıqla çay-kofe və qəlyanaltı ala və müzakirələr apara biləcəkləri minikafe də fəaliyyət göstərir.

Bu səbəbdən də tövsiyə olunur ki, tələbələr bu məqsədlə yeməkxanadan yox, oxu zalından və ya müzakirə otaqlarından istifadə etsinlər. Həmçinin, nəzərə almaq lazımdır ki, yeməkxanadakı səs-küydə dərs oxumaq demək olar ki, mümkünsüzdür və tələbələrin bu məqsədlə digər imkanlardan istifadə etməsi daha məqbuldur”.

  • Paylaşmağı unutma

Səhr yaz

......