Peşə təhsili müəssisələrində yay məktəbi ödənişli əsaslarla həyata keçiriləcək

Peşə təhsili müəssisələrində yay məktəbi ödənişli əsaslarla həyata keçiriləcək

Peşə təhsili müəssisələrində yay məktəbi könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçiriləcək. Dövlət peşə təhsili müəssisələrində yay məktəbinin təşkili ilə bağlı bütün xərclərin maliyyələşdirilməsi həmin yarımildə iştirak edən tələbələrin ödədikləri vəsait hesabına aparılacaq.

AzEdu.azxəbər verir ki, bu, “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydası”nda öz əksini tapıb.

Qaydaya əsasən yay məktəbində modul (fənn) üzrə qrupda tələbələrin sayını təhsil müəssisəsi maliyyə imkanlarını nəzərə alaraq müəyyənləşdirəcək.

Xatırladaq ki, “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydası” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Bu qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkilini tənzimləyir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed