Pilot məktəblərdə metodik xidmətin səmərəli təşkili davam edir

Pilot məktəblərdə metodik xidmətin səmərəli təşkili davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) 66 pilot məktəbdə prosesin səmərəli təşkili, təlim ehtiyaclarının müəyyənləşdirilməsi və icra olunmasına kömək istiqamətində metodik görüşləri davam etdirir.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, bu məqsədlə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Sumqayıt şəhəri 39 nömrəli tam orta məktəb, Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan Laçın rayonu Çıraqlı kənd tam orta məktəb, Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəb, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Şuşa şəhəri 1 nömrəli tam orta məktəb, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli və Nəsimi rayonu N.Axundov adına 1 nömrəli tam orta məktəblərdə metodik görüşlər, həmçinin bir sıra fəaliyyətlər həyata keçirilib.

Məktəblərdə uşaq birliyi, metodbirləşmə rəhbərləri, kitabxanaçı, psixoloq və direktor müavinləri ilə ümumi və fərdi görüşlər təşkil edilib, dərsdinləmələr zamanı müşahidə olunan qeydlər müzakirə edilib. Eyni zamanda, fəaliyyət planlarına baxış keçirilib və müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin “Regionlarda müasir metodik xidmətin təşkili” layihəsi əsasında ölkə üzrə seçilmiş pilot məktəblərdə metodik xidmətin səmərəli təşkili və prosesin gedişatını izləmək məqsədilə MDPİM tərəfindən mütəmadi olaraq görüşlərin keçirilməsi nəzərdə tutulur.

  • Paylaşmağı unutma

Səhr yaz

......