Prezident təqaüdçüləri: “İmtahana 1 ay qalanda hər gün qoz və badam yeyirdim” - MÜSAHİBƏ

Prezident təqaüdçüləri: “İmtahana 1 ay qalanda hər gün qoz və badam yeyirdim” - MÜSAHİBƏ

2021-2022-ci təhsil ilinin qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alır. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyan tələbələrdən isə 15-i Prezident təqaüdçüsü olub. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.

Jalə MəmmədovaRizvan Pirnəzərov adına 299 nömrəli məktəb-liseyi bitirb. Qəbul imtahanları zamanı 690 bal toplayıb. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter elmləri ixtisasında ali təhsil alır.

Jalə uğura gedən yolu haqqında Modern.az-danışıb.

- Jalə, yüksək bal topladığın halda nə üçün BANM-ıyox, ADNSU-nu seçdin? Düzdür, hər ikisi nüfuzlu universitetdir, ancaq yüksək bal toplayan tələbələrin hamısı Bakı Ali Neft Məktəbini seçir. Sənin seçimin maraqlıdır.

- Doğrusu, bu mənə ən çox verilən sualdır. Belə cavab verə bilərəm ki, mən ixtisasa görə seçim etdim. Kompüter elmləri ixtisasını istəyirdim və bu ixtisas BANM-da yoxdur. Çox araşdırdım və belə nəticəyə gəldim ki, kompüter elmləri ən yaxşı ADNSU-da tədris olunur. Düzgün bir seçim etdiyimi düşünürəm və seçimimdən olduqca razıyam. Burdakı tədrisdən, müəllimlərimdən çox məmnunam.

- Ali məktəbə hazırlaşarkən repetitor yanınagetmisənmi?

- Bəli. 2 il hazırlıqlara getmişəm.

- Tələbələrin çoxu planlı çalışdaqlarını söyləyirlər. Bəs sən necə, planlı çalışırdın? Asudə vaxtlarını necə dəyərləndirirdin?

- Hesab edirəm ki, planlı çalışmaq ən vacib məsələlərdən biridir. Mən hər axşam növbəti gün edəcəyim dərslər üçün plan qururdum və bu üsulu çox effektiv hesab edirəm. Çünki artıq nəyi nə vaxt etməli olduğunu bilirsən və beləcə vaxt itkisinə yol vermirsən. Asudə vaxtım olurdu və bu vaxtı əsasən şəxsi inkişafla əlaqəli kitablar oxumağa və ya videolar izləməyə sərf edirdim. Əlbəttə ki, istirahətə də vaxt ayırırdım. Bütün günümü yalnız dərs oxumağa sərf etmirdim. Əks təqdirdə, dərslərdən tez sıxılar və tez yorulardım.

- Abituriyentlik dövrü ərzində ən çox dəstəyi kimdən görmüsən? Ailənizdə səndən başqa ali təhsilli və ya ali təhsil alan biri varmı?

- Atam maddi cəhətdən, anam isə mənəvi cəhətdən çox dəstək olurdu. Məni 1-ci qrupu seçməyə həvəsləndirən də anam olub. Uğurumda ailəmin çox böyük payı olduğunu əminliklə deyə bilərəm. Qardaşım da universitetə yüksək balla (660 balla) daxil olub və hal-hazırda BDU-nun Hüquq fakültəsinin 3-cü kurs tələbəsidir.

- Tələbələr bəzən dərslər ağır olanda yorulduqlarını, daha çox başlarının ağrıdığını deyirlər. Səndə də bu hallar müşahidə olunurdu?

- Əlbəttə, dərslər ağır olanda mən də çox yorulurdum. Belə olanda kiçik bir fasilə verər və daha sonra dərsə davam edərdim.

- Zehninin güclü olması üçün xüsusi qidalardan istifadə edirdinmi?

- Xüsusilə imtahana 1 ay qalmış demək olar hər gün qoz və badam kimi quru meyvələr yeyirdim. Ümumiyyətlə, sağlam qidalanmağı sevən biriyəm. Qeyd edim ki, belə qidalar həqiqətən də beynin fəaliyyətinə müsbət təsir göstərir.

- Prezident təqaüdçüsü olduğunu necə öyrəndin? Yüksək bal toplamaq, uğurlu biri olmaq necə hisdir?

- Qəbul imtahanının nəticəsini öyrənən kimi əmin oldum ki, prezident təqaüdçüsü olacam. Və adımı o siyahıda görəndə təəccüblənmədim.


Onu deyə bilərəm ki, 690 bal toplamaq çox möhtəşəm bir hisdir. Əminliklə deyə bilərəm ki, çəkdiyim zəhmətə dəydi. Ailəmin və müəllimlərimin mənimlə qürur duyması sevincimi daha da artırdı.

- Son olaraq imtahana girəcəkabituriyentlərə hansı məsləhətləri vermək istərsən?

  • Məncə istənilən məsələdə uğur qazanmaq üçün ən vacib şərt daxili nizam-intizamın olmasıdır. Əsla “motivasiyam yoxdur” deyib vaz keçməyin. Motivasiya anlıq bir hisdir və onu gözləsəniz, çox vaxt itirəcəksiniz. Sadəcə, ağlınıza əsas məqsədinizi gətirin və etməli olduğunuzu edin. Unutmayın ki, nə dərəcədə uğurlu olacağınız tamamilə sizin əlinizdədir.
  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed