Pulsuz sınağa yazılanların sayı nə qədərdir?
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ödənişsiz həyata keçirilən onlayn sınaq imtahanlarına yazılış sayı 100 mini keçib.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alınaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi), dövlət qulluğu və rezidenturaya qəbul sınaq imtahanlarını 2020-ci il iyul ayınadək ödənişsiz edib.
Hazırda olan məlumata əsasən, martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 34 585 istifadəçi tərəfindən 100 708 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).