Qadın adlı bığlı müəllim - növbəti dərslik biabırçılığı

Qadın adlı bığlı müəllim - növbəti dərslik biabırçılığı

Orta məktəb dərsliklərindəki səhv və çatışmazlıqlarla bağlı mətbuatda dəfələrlə yazılar dərc olunub.Milli.Azaznews.az-a istinadən xəbər verir ki, növbəti yalnışlıq isə orta məktəbin 5-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş "Ana dili" dərsliyindədir. Dərslikdə kişi müəllim Dilbər adı ilə təqdim edilir.

"İradənin gücü" adlı hekayədə Nahidə öyüd-nəsihət verən Dilbər müəllimin bığlı rəsmi ilə adının arasında çox böyük ziddiyyət var. Hekayə ümumilikdə heç bir məna ifadə etmir. Məntiqdən kənar hekayənin müəlliflərinin azyaşlılara təqdim etdiyi müəllimə qadın adının verilməsi təəccüb doğurur.

Adlar kitabında isə Dilbər "Ürək aparan, könül açan, ürək çəkən qız" kimi ifadə edilir.

Söz yoxki, Azərbaycanda və eləcə də dünyanın digər ölkələrində eyni adın həm kişiyə, həm də qadına qoyulması adi haldır. Məsələn, bizdə Qismət, Qənimət, Yavər, Arzu, Laçın, Tərlan kimi adlar var ki, bu adlar həm qızlara, həm də oğlanlara verilir. Çünki bu adlar konkret cinsə aid edilmir. Məsələn, Qismət adının mənası "bəxt, bəxtə çıxan şey, tale, nəsib" kimi fikirləri ifadə edir ki, bunun da qadın və ya kişi cinsinə adiyyəti yoxdur.

Amma Dilbər ərəb sözü olub, könül aparan qadın mənasını verir. Lap klassik şairlərimizdən üzü bu yana dilbər daim qadın gözəlliyini vəsf edən söz kimi işlənib:

"Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər, Nə dilbər?
Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər".
Bu, Həsənoğlunun məşhur qəzəlindəndir.

Və ya İmaməddin Nəsiminin "Neylərəm" qəzəlindəki müraciəti:
"Dilbəra mən səndən ayri ömrü-canı neylərəm
Tacu-taxtı, mülki-malı, xanimanı neylərəm?"

Bu gün 5-ci siniflərə təbliğ olunan Dilbər müəllimi artıq yuxarı siniflərdə Həsənoğlunun, Nəsiminin qəzəllərində gözəl-göyçək qız kimi təqdim edəcəklər. O zaman bizim zavallı şagirdlərimiz Məşədi İbad kimi çaş-baş qalacaqlar və yəqin ki, onlarda bu sual yaranacaq: Bir baxıb görəydiniz bu Dilbər qadındır, yoxsa kişi?...

Yəqin ki, bizi narahat edən bu suala Təhsil Nazirliyi və aidiyyəti qurumlar cavab verməyəcək.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Captain_N

MEN DE 5-Cİ SİNFDE OXUYURAM.O METNİN ADİ "İRADENİN GUCU"-DUR.SEKİLDE Kİ KİSİ KORDUR.DİLARE MUELLİME İSE NAHİDİN MUELLİMESİDİR.BURADA HEC BİR SEHV MELUMAT YOXDUR!TEHSİL NAZİRLİYİNİ ZEHMET OLMASA NARAHAT ETMEYİN!!!

Qonaq__14059280

Dilbər Ərəb yox Fars mənşəli sözdür-DEL(ürək)BARD(aparan)deməkdir.

Qonaq__13943163

Ne olardı göresen bu metni bir jurnalist axıra qeder oxuyub sonra emelli başlı bir meqale yazardı. Doğrudan da, bu gün cemiyyetin kitab oxumama kimi bir problemi var. Yadıma bir satirik hekaye düşdü. Günlerin bir gününde redaktor müxbire deyir ki, axşam bir konsert var, get o konsertde iştirak ele, sabahkı nömrede hemin konsert haqında meqale yazarsan. Müxbir de eleme tenbellik oturur evde, özüne eziyyet vermeden başlayır konserti xeyalında canlandırmağa. Ortalığa gözel bir meqale çıxır. Ve seher bütün qezetlerden ferqli olaraq, ekskuliziv şekilde, çox peşekarcasına yazılmış bir sehifelik meqale işıq üzü görür. Diger qezetler ise yalnız bir cümle bu möhteşem konserden behs edirdiler- onlar dünenki konsertin texire salındığın yazmışdılar.

Qonaq__14062167

http://aznews.az/m/news.php?id=93035#.VjEQrv5yCno.facebook

Qonaq__14061088

Yalandı!

http://modern.az/articles/87813/1/

Qonaq__13773969

tehsil Nazirliyinden açıqlama verende Dilberin qadın olduğu vurğulanmışdı. Şekilden xeber veren olmayıb da açıqlama verene. Özü maraqlanıb baxsaydı görerdi.

Qonaq__14172506

sekildeki kor adamdir metni duzgun oxuyun

Qonaq__13275424

Bu şəkil hekayənin axırına aiddir.Hekayəni oxuyanda diqqətli olun.

Qonaq__13112313

tehsil nazirliyi oz cavabini verib, deyesen siz gecikmisiz ! onuncun de zehmet olmasa hemin hekayeni sonuna qeder oxuyun, sonra irad tutun !

Qonaq__14207723

Nə şərhi yazaq? Hər şeyi siz yazmısınız. Ümid edirik ki, növbəti dərsliklərdə bu səhvi etməzlər

Qonaq__14449381

Heç qadın adı kişiye verilir men5de oxuyuram iradenin gücü cox gözel metindir

Qonaq__14331464

gulməli agmalidi

Qonaq__14331464

dilber men bileni gozel deməkdi

Qonaq__14017823

Mətni axıra qədər oxuyun.Siz də elə sözügedən kitabdakı Aysu kimi kitabı oxumadan "mükafat"almaq istəmyirsiniz yoxsa?

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed