Qəbul imtahanı ləğv olunacaq (abituriyentlər bilməlidir)!?
Azərbaycanda gələcəkdə qəbul imtahanı yalnız yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslara qəbul olmaq üçün keçirilə bilər.
Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə kolleclərə və ali məktəblərin bəzi ixtisaslarına tələbə qəbulunun vahid imtahan modeli - buraxılış imtahanlarının nəticələri əsasında aparılmasının gələcəkdə qəbul imtahanlarının, ümumiyyətlə, ləğv olunmasına, qəbulun buraxılış imtahanlarının nəticələri əsasında aparılmasına səbəb olub-olmayacağına aydınlıq gətirərkən deyib.
Komissiya sədri qeyd edib ki, gələcəkdə tələbə qəbulunun, əsasən, buraxılış imtahanlarının nəticələri əsasında aparılmasını istəyirlər: "Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər".
M.Abbaszadə bildirib ki, həmin ixtisaslara qəbula görə buraxılış imtahanının nəticələrinin nəzərə alınması üçün buraxılış imtahanlarının heç olmasa 5 fənn üzrə keçirilməsi lazımdır. Bunu isə birdən-birə etmək olmaz. Fənlərin sayı tədricən artırılmalıdır: "Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara 4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini hələ demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz kənd təsərrüfatı ixtisasları olacaq".
TQDK sədri deyib ki, ali məktəblərə buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına ali məktəblərin özlərinin də razılığı olmalıdır: "Belə olanda biz buraxılış imtahanlarının nəticələrini nəzərə ala bilərik. Çünki ali məktəblər özləri hansı kontingenti görmək istədiklərini bildirirlər. Hansısa ali məktəb buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına razıdırsa, buraxılış imtahanı da heç olmasa 5 fənn üzrə olarsa, onda biz buraxılış imtahanlarının nəticələrini daha çox ixtisaslara qəbulda nəzərə ala bilərik. Bu məsələ ilə bağlı ali məktəblərlə də iş aparılmalıdır. Təbii ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, qəbul qaydalarının təkmilləşdirilməsi, ali məktəblərdə kontingentin formalaşdırılması ilə bağlı maddələrə aid işlər tədricən aparılacaq".
Qonaq__15461722
Mən TQDK-nın bütün həyata keçirdikləri və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan fikirlərini bəyənib dəstəkləyirəm.Ancaq mənə elə gəlir ki, qeyd olunan təşəbbüsün həyata keçirilməsi kifayət qədər vaxt, zaman tələb edəcək. Hər halda müsbət fikirdir. Bir çox dünya ölkələrində artıq bu məsələ uğurla sınaqdan keçib, istifadə olunur.
Qonaq__16099141
Onsuz imtahanların ikisini də eyni qurum həyata keçirir. Onda iki dəfə-daraq qurmağın nəmənasi.
Qonaq__16100132
əyər elə olsa bəzi uşaqlar o qədər yüksək savad dərəcəsi yoxduki həmn atstat imtahanindan keçə.bəs onda çoxluq atestatsiz qalacaq mənm fikrimcə
Qonaq__16120293
SAVADLI ABİTURİYENTLƏRİN YETİŞMƏSİ ÜÇÜN KEÇMİŞ TIHSİL SİSTEMİNƏ QAYITMAQ ,MƏKTƏB VƏ MÜƏLLİMİN NÜFUZUNU QALDİRMAQ LAZIMDIR. HÖRMƏTLƏ : ORTA MƏKTƏB MÜƏLLİMİ
Qonaq__16131469
bes kohne ilin mezunlarinece olacaq meleyke xanim
Qonaq__16140013
Men isterdim ki orta mektebde şagirdler hansı fakülteye gedecekse o fakülte üzre dersler keçirilsin artıq fenle uşaqların beynini yüklemesinler
Qonaq__16150484
Salam bəs əvvəlki illərin məzunu necə olacaq?
Qonaq__16030064
M
Qonaq__16185079
ayda gundə bir qərar cixarirlar
Qonaq__16052505
kas bu ilde ele olardi gelecekde ele olsa bes kecmisin mezunlari nece olacaq
Qonaq__16707207
Heç olmasa dəyişikliklər barədə ilin əvvəlindən məlumat verələr ki,4-cü fənn hansı olacaq