Qəbul imtahanında istifadə edilmiş tapşırıqlar təhlil olunub

Qəbul imtahanında istifadə edilmiş tapşırıqlar təhlil olunub

Dövlət İmtahan Mərkəzində (DİM) dekabrın 6-da kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

DİM-dənAZƏRTAC-a bildirilib ki, iclasda gündəlik məsələ 2022-сi ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Müzakirə zamanı 8 tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb. Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirə davam etdiriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed