Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

Elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər Azercell, Bakcell və NAR Mobile nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.