Qəbul imtahanlarında xarici dil məcburiyyətə çevrilir!?

Qəbul imtahanlarında xarici dil məcburiyyətə çevrilir!?

Yeni növ qəbul imtahanlarında xarici dil bölməsi üzrə şagirdlərin dinləyib anlama bacarığını yoxlacağıq. Gənclər ümumi təhsil məktəbini bitirəndə hər hansı xarici dili bilməlidir, dinləyib anlamalıdır.

Milli.AzTrend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hələlik şagirdlərin danışma standartları yoxlanılmır: "Şagirdlərin danışmaq standartlarını da yoxlamağa hazırıq. Amma iki ilyarım biz şagirdlərin dinləyib anlama standartları ilə əlaqədar imtahanlar keçirəcəyik, sonra da danışma standartlarını yoxlayacağıq. Buna bizim elmi və texniki potensialımız imkan verir".

M.Abbaszadə xarici dil bölməsi üzrə şagirdlərin danışma standartlarını yalnız onlara resurslar təqdim edildikdən sonra yoxlaya biləcəklərini qeyd edib:

"Şagirdlərin danışmaq bacarığını yoxlamaq üçün texnoloji, metodoloji, elmi cəhətdən biz hazırıq. Bunun üçün kifayət qədər resurs lazımdır, o resurslar veriləndən sonra biz bunu tətbiq edəcəyik".

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__45660887

Siz bizim basimiza oyun acirsiz. Sen guya indi ingilis dilin çirtdiyirsanda.

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed