Qum: Elmi-dini tədris, yoxsa casuslar hazırlayan MƏRKƏZ...

Qum: Elmi-dini tədris, yoxsa casuslar hazırlayan MƏRKƏZ...

Bu gün Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də respublika əhalisinin, xüsusilə gənclərin dini təhsili ilə bağlıdır. Təbii ki, Azərbaycanda əhalinin bütün təbəqəsinin, yəni dini təhsil almaq arzusunda olan və ya dini biliyini artırmaq istəyənlərin bu sahədə tələbatını tam ödəmək hələlik mümkün deyil. Biz gənclərimizin dini təhsili ilə bağlı davamlı müzakirələr aparırıq və böyük ümidlə gözləmək olar ki, yaxın iki –üç ilə Azərbaycanda dinin tədrisi, yaxud orta və ali məktəblərdə din dərslərinin keçilməsi ilə bağlı müəyyən qərarlar qəbul ediləcək.


Modern.azAzEdu.az-a istinadən məlumat verir ki,dünyanın əksər ölkəsində dini təhsil mövcuddur, Azərbaycanda da ilahiyyat təhsili verən ali təhsil ocağı var.


Azərbaycan dövlətinin strateji konsepsiyası müxtəlif təhlükələri əvvəlcədən hesablamağa yönəldiyinə görə, xaricdə dini təhsillə bağlı qanunvericilikdə bəzi məqamlar öz əksini tapıb.


İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsinə görə (“Dini etiqad azadlığı haqqında” qanunvericiliyin pozulması) vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyi öz səlahiyyətləri daxilində) ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilir.


Amma hələlik gənclərimizin çox kiçik də olsa, müəyyən qismi dini təhsil dalınca yenə də xarici ılkələrə üz tutmaqda davam edirlər. Əlbəttə ki son zamanlar axının qarşısı xeyli azalıb. Amma bu heç də aradan qaldırılıb demək deyil.Statistikaya diqqət yetirək.


Son 30 ildə yüzlərlə şəxsin Səudiyyə Ərəbistanında, minlərlə gəncin İranda, bundan əlavə çoxlu sayda vətəndaşımızın Suriya, Misir, Liviya, Pakistan, Malayziya, Rusiya (Dağıstan) və Türkiyədə dini təhsil alması diqqətdən yayına bilməz.


Dini təhsil marşurutları arasında yenə də əhəmiyyətli yer tutan İran istiqamətidir. Orada da ən çox dini təhsil almaq üçün Qum şəhərinə üz
tuturlar. Bu şəhər İranın dini təhsil mərkəzi kimi tanınıb. Daha doğrusu 1979-cu ildən, İranda İslam İnqilabı baş verəndən sonra hakimiyyətə gələn ruhanilər bu şəhəri elmi-dini mərkəzə çevirmək istiqamətdə çox ciddi addımlar atmış və bu istiqamətdə milyardlarca pul xərcləmişlər. Sonda bu şəhər orada yerləşən dini mədrəsələr, seminariyalar, universitetlər hesabına mərkəzə çevrilib. Amma elmi –dini mərkəzə deyil, casuslar hazırlığı mərkəzinə.


Hazırda bu şəhərdə 200-dən artıq təhsil və tədqiqat mərkəzi mövcuddur və bu mərkəzlərdə 80 ölkədən 40 mindən artıq tələbə təhsil alır. Bu gün İrana rəhbərlik edən siyasi və dini xadimlərin hamısı bu mərkəzdə təhsil alıb, siyasi, dini fəaliyyət başlatyıblar.İran İslam İnqilabının rəhbəri Ruhullah Homeyni və hazırki dini rəhbər Əli Xomeneyi də bu mərkəzlərdə təhsil alanlar sırasındadır.300 min din xadimi bu mərkəzlərdə təhsillə məşğuldur. Tələbənin hansı ölkədən olmasından asılı olmayaraq burada təhsil İran dövləti və ya dini rəhbərin büdcəsi hesabınadır. Təsəvvür edin ki, dünyada müsəlman ölkələrin toplasan, onların sayı 80-ə çatmır. Deməli bu universitetlərdə təkcə İslam ölkələrindən deyil, qeyri-islam ölkələrindən olan insanlar da dini təhsil alır. Özü də İslam dininin şiə təriqətinə məxsus dini təhsil.


Dini təhsil adı altında İrana aldadılıb aparılan gənclərə təkcə dini təhsil verilmədiyi artıq çoxdan məlumdur. Biz bu barədə orada artıq təhsilini başa vurmuş şəxslərin dilindən çoxlu sübutlar eşitmişik. Bu gün Azərbaycanda dini zəmində təxribat yaratmaqla məşğul olanların demək olar ki,hamısı məhz Qum universitetlərində təhsil alanlar, bu və ya digər formada İranla bağlı olan şəxslərdir, çünki dini təhsil adı ilə İrana gedən vətəndaşlarımıza təkcə dini biliklər verilmir, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi barədə xarici maraqlara uyğun təhrif olunmuş məlumatlar aşılanır. Beləliklə, həmin şəxslər ideoloji assimilyasiyaya məruz qalaraq İran təbəəsinə çevrilir...


Tədris zamanı təqaüdlər (şəhriyyə-aylıq məvacib) alan tələbələr Azərbaycan qayıtdıqdan sonra da fəallıqlarından asılı olaraq məvacib almaqda davam edirlər. Burada onların yerli mühitə adaptasiya oluna bilməmələri, işlə təmin olunmamaları, nəticədə həmin məzunların xaricdən ideoloji asılılıqla bərabər, həm də maddi cəhətdən asılı vəziyyətə düşmələri ilə nəticələnir.


Bir maraqlı məqam da budur ki, orada təhsil alan tələbələrin xərci elə Azərbaycan dindarları hesabına ödənir. Hər il milyonlarla manat xüms, zəkat adı altında toplanaraq İrana - Quma göndərilir ki, molla rejimi də bu pullar vasitəsi ilə Azərbaycan əleyhinə çıxan insanları yetişdirir. Mexanizm qüsursuzdur.


Deməli, İrana dini təhsil dalınca gedən gənclərimiz dini təhsil almaqla yanaşı, İran xüsusi xidmət orqanlarının yenidən Azərbaycan göndəriləcək və xalqımıza, millətimizə qarşı istifadə olunacaq əlaltılarına çevrilirlər.

Gəlin birlikdə bu istiqamətdə fəaliyyətimizi gücləndirək və gənclərimizi vətən xaini damğası vurulmaqdan qoruyaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed