Rayon məktəblərində direktor olmaq istəyənlərin nəzərinə?

Rayon məktəblərində direktor olmaq istəyənlərin nəzərinə?

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri əhatə edən təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.

Təlimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsilin idarəedilməsi və monitorinqi, təhsili idarəetmənin psixoloji əsasları, kurikulum: nəzəriyyə və tətbiq, təhsildə maliyyənin idarəolunması kimi mövzuları əhatə edəcək. Eyni zamanda, iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə görüşlər təşkil olunacaq.

Müsabiqəyə ali pedaqoji təhsilə malik və ən azı 3 il pedaqoji iş təcrübəsi olan şəxslər qatıla bilərlər. Müvafiq tələblərə uyğun gələn namizədlər müraciət formasını dolduraraq 26 fevral 2016-сı il tarixinədək telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Sonra namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə-müsahibəyə dəvət ediləcəklər. Müsahibənin nəticələrinə əsasən, uğur qazanmış şəxslər təlimlərdə iştirak edə bilərlər.

Təlimləri başa vuran şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin isə işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.

Qeyd edək ki, Azərbaycanda ümumtəhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqələrin keçirilməsinə ilk olaraq, Bakı şəhərindən başlanılıb. TN bu yaxınlarda Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün də müsabiqə elan edib.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__15081004

Salam bəs başqa rayonlarda bu müsabiqe keçiriləcək,
?

Qonaq__16029693

bas iwdan yawa gora ayrilan sahhati va savadi yerinda olan muallimlar??//

Qonaq__15993765

Hazırda məktəb direktoru işləyənlər məcburi olaraq bu müsabiqəyə qarışırlar, yoxsa könüllü ?
Başqa rayonlarda bu müsabiqəyə nə vaxt start veriləcək ?Yaxşı olardı ki,əvvəlcə etiyat kadrlar hazırlansın sonra hazırda direktor işləyənlər testə kecrilsin Müvafiq olmayanlar etiyat kadrların əvəz edilsin

Qonaq__15950514

Men bu proqrami alqislayiram. Yazin gorek burada da yas heddi qoyulub ?

Qonaq__14237178

Muraciet formasini hardan elde etmek olar?

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed