Rayon təhsil şöbələri ləğv edilibmi – RƏSMİ

Rayon təhsil şöbələri ləğv edilibmi – RƏSMİ

"Rayon Təhsil İdarələrinin yaradılması yerlərdəki təhsil şöbələrinin ləğvi demək deyil. Onlar sadəcə yeni yaradılacaq idarələrin tərkibində bir sektor kimi fəaliyyətlərinidavam etdirəcəklər".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, rayon təhsil şöbəsində çalışan işçilər işsiz qalmayacaq: "Əgər onlar həmin şöbələrdə dövlət qulluğunda daimi müqavilə ilə çalışırdılarsa,yeni strukturda işlə təmin olunacaqlar. Yerli idarəetmə strukturunda və ya idarənin özündə təyinatməsələsinə baxılacaq".

10:25

"Regional təhsil idarələri iqtisadi rayonlar üzrə yaradılacaq".

"Report"xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu struktur yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir: "Sadəcə onlar idarələrin tabeliyində fəaliyyət göstərəcək. Əvvəlki sistem əlaqəli deyildi. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun. Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Saat bölgüsü məktəb rəhbərliyi və ya Regional təhsil idarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir".

E.Əmrullayev vurğulayıb ki, Regional təhsil idarələri yaradılandan sonra vətəndaş müraciətləri daha tez həll olunacaq: "Təhsil Nazirliyinin işləri çox olduğundan müəyyən yubanmalar ola bilər. Vətəndaşların müraciətlərinə baxılması üçün qanunvericilik mövcuddur. İnsanlar haqlı şikayətlərini düzgün qaydada vermədiyinə görə baxılması üçün uzun vaxt tələb edir".

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed