“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, budəfəki seminarlar Bakıdakı 61 və 204 nömrəli tam orta məktəblərdə təşkil edilib. Hər iki seminar Azərbaycan dili fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub. İcmallar Aidə Məmmədova və Nərminə Zeynalovanın təqdimatında müvafiq olaraq IV sinif dərsliyindəki “Unudulmuş dost” və IX sinif dərsliyindəki “Yaradıcılığı gülüş və musiqi ilə yoğurulmuş xanım. Tabeli mürəkkəb cümlələri bağlayan vasitələr” mövzuları üzrə olub.

Seminarlar zamanı dərsin planlaşdırılması, vaxt bölgüsü, standartlar əsasında təlim məqsədinin müəyyənləşdirilməsi, fənlərarası inteqrasiya, dərsdə qiymətləndirmə meyarlarının şagirdlərə əvvəlcədən elan olunması və qiymətləndirmənin ona uyğun aparılması, fəal təlim metodlarının tətbiqi, tapşırıqların seçilməsi, yaradıcı tətbiqetmə, mətn üzrə iş məsələləri müzakirə edilib.

Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed