Rektor: "Əcnəbi tələbələrlə bağlı qürrələnə biləcəyimiz bir inkişaf yoxdur"

Rektor: Əcnəbi tələbələrlə bağlı qürrələnə biləcəyimiz bir inkişaf yoxdur

"Azərbaycan Dövlət İqtisad Universitetinin əsas hədəfi 2030-cu ilə qədər dünyanın ən yaxşı 500 universiteti sırasına daxil olmaqdır".

"Report"xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Unuversitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, MBA üzrə təhsil almaq istyənlərin 46 faizi UNEC-i seçir: "Əcnəbi tələbələrlə bağlı qürrələnə biləcəyimiz bir inkişaf yoxdur. 2022-ci ildə 316 əcnəbi tələbə qəbul edilib. 2014-cü ildə bu rəqəm 264 olsa da, say hələ də beynəlxalq standartların altındadır. Standartlara görə əcnəbi tələbə sayı ümumi tələbələrin 5 faizindən az olmamalıdır. Bizim yataqxana problemimiz var. Lakin bu istiqamətdə ciddi proqramlarımız var. Düşünürəm ki, bu sahədə də irəliləyiş əldə edəcəyik".

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed