“Repetitorluq olmasa, məktəblərin göstəricisi və təhsilin səviyyəsi aşağı düşəcək” – Fərqli yanaşma

“Repetitorluq olmasa, məktəblərin göstəricisi və təhsilin səviyyəsi aşağı düşəcək” – Fərqli yanaşma

“Bəzi proseslər uzun müddət ərzində sağalacaq və düzələcək. Bu, da ancaq müəllimlərimizin maddi imkanlarının yaxşılaşması nəticəsində baş verəcək”.

Bu sözləriAzEdu.az-aaçıqlamasındaBakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının baş müəllimi Bəhman Məmmədovdeyib.

Belə ki, Təhsil naziri Emin Əmrullayev DİM sədri Məleykə Abbaszadənin bəzi açıqlamalarına etiraz edib.

"Bəzi hallarda DİM-in statistikası aldadıcı olur. Məsələn, Bakı məktəblərindən birinin heç bir məzununun ali məktəbə qəbul olmadığı bildirilmişdi. Halbuki, bura yəhudi icmasına məxsusdur və oranın məzunları Azərbaycanda ali təhsil almırlar".

"DİM sual kitabçasını boş qaytaran şagirdləri də oxuyub-yaza bilməyən kimi təqdim edir. Məsələn, əqli qüsurlu şagird xüsusi təhsil müəssisəsində olmalıdır. Ancaq kiçik kəndlərdə belə bir yer yoxdur. Nəticədə onlar digərləri ilə eyni məktəbə gedir. Bundan başqa, şagird uzun müddət təhsildən yayınır və yalnız attestat almaq üçün imtahana gəlir. Ona görə də belə nəticə ortaya çıxır".

DİM və Təhsil Nazirliyi arasında yaşanan anlaşılmazlıq insanlar tərəfindən də birmənalı qarşılanmayıb.

Bəhmən Məmmədov məsələyə münasibətdə qeyd edir ki, statistik məlumatlar heç vaxt tam olaraq həqiqəti əks etdirmir:

“Çünki bütün parametrlər nəzərə alınaraq ortaya təhlil qoyulmur. Bunların hamısını tapmaq isə olduqca imkansızdır”.

O, qeyd edir ki, orta məktəblərin qayəsi və hədəfi universitetə tələbə hazırlamaq deyil:

“Onların işi vətənə, millətə xeyirli, analiz, sintez və mühakimə qabiliyyətinə malik şəxsiyyət yetişdirmək olmalıdır. Bu, birmənalı olaraq həyata keçirilməlidir”.

Müəllim vurğulayır ki, Emin Əmrullayevin dediyi cümlədə “bəzi” sözü əsas rol oynayır:

“O, “hər zaman” deyil, “bəzi hallarda” sözünü nəzərdə tutur. Çünki statistik məlumatlarda müəyyən uyuşmazlıqlar ola bilər.

Belə ki, kiminsə məqsədi ali təhsil olmaya bilər, onu yalnız attestat almaq maraqlandırır. Çünki hər şey universitet demək deyil”.

Bəhmən Məmmədov repeptitorluğa münasibət bildirib:

“Respublikanın ucqar kəndlərində normal dərs prosesi uzunmüddətli şəkildə davam etmir. Onun yenidən dirçəlməsi 10-15 illik vaxt alacaqdır. Belə şəraitdə müəllim məsuliyyət daxilində ötürüləcək məlumatları vaxtında çatdıra bilmir. Bunun da səbəbləri bəllidir. Müəllimdən asılı olan və olmayan nüanslar vardır. Maddi və mənəvi problemlər repetitorluğu gündəmə gətirir. Repetitorluq olmasa, məktəblərin göstəricisi və təhsilin səviyyəsi aşağı düşəcək. Hətta təhsilin yüksəlişi 15-20 faiz aşağı enəcək.

Bəzi proseslər uzun müddət ərzində sağalacaq və düzələcək. Bu, da ancaq müəllimlərimizin maddi imkanlarının yaxşılaşması nəticəsində baş verəcək. Bu, da rüşvət olmayan mühitdə müəllimlərin işə götürülməsi və onlara dəstəyin verilməsi nəticəsində davam edəcək”.

  • Paylaşmağı unutma

Səhr yaz

......