Rəsədxana: Günəş fəallığı bir qədər artıb

Rəsədxana: Günəş fəallığı bir qədər artıb

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədəAZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəş fəallığı bir qədər artıb. Son üç sutka ərzində maksimum alışma M 6.35 olub. Enerjisi 100 MeV-dan çox olan proton seli isə fon səviyyəsində qalıb.

Fevralın 26-sı axşamdan başlayaraq geomaqnit sahə aktivləşərək G3 səviyyəli maqnit qasırğasına qədər yüksəlib. Hazırda maqnit qasırğası hələ də davam etməkdədir (7Kp).

Fevralın 27-dən martın 1-dək M sinif alışma ehtimalı 65 faiz, X sinif 15 faiz gözlənilir. Radiosiqnalların ötürülməsində 65 faiz R1-R2 səviyyəli, 15 faiz R3 səviyyəli kəsilmələrin olması proqnozlaşdırılır. Enerjisi 2 MeV olan proton selinin fevralın 27 və 28-də Günəş küləyinin paylanması səbəbi ilə normal və həyəcanlaşmış səviyyədə qalacağı, fevralın 24 və 25-də baş vermiş CME və mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə martın 1-də yüksək enerjili zərrəciklər selinin yenidən aktivləşəcəyi gözlənilir (S1~60 faiz). CME və mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin təsiri ilə Günəş küləyinin sürətinin yenidən artacağı proqnozlaşdırılır.

Maqnit qasırğasının fevralın 28-də də G2 səviyyəsinə düşəcəyi, martın 1-də isə daha sakit kosmik hava gözlənilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed