Rəsədxana: Günəş küləyinin sabit qalacağı proqnozlaşdırılır

Rəsədxana: Günəş küləyinin sabit qalacağı proqnozlaşdırılır

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədəAZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, kosmik hava durumu – Günəş fəallığı bir qədər artıb. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və həyəcanlaşmış səviyyədə olub, 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalıb.

Fevralın 23-dən 25-dək M sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X sinif 10 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya aşağı səviyyədə olacağı, 3229 və 3234 oblastlarında baş vermiş alışmalara görə isə enerjisi 10 MeV-dən çox olan proton selinin artacağı (S1-10 faiz) gözlənilir.

Fevralın 24-dək Günəş küləyinin sabit qalacağı, fevralın 25-də isə mənfi qütblü CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) səbəbilə Günəş küləyinin sürətinin yenidən artacağı proqnozlaşdırılır. Geomaqnit sahədə ümumən sakitlik olacaq (Kp=2, 3). G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.

Radiosiqnalların ötürülməsində R1-R2 səviyyəli kəsilmə ehtimalı 50 faiz, R3 səviyyəli kəsilmə ehtimalı 10 faiz təşkil edir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed