Rus dili öyrənmənin ən effektiv üsulu-Bu kanalları izləyin

Rus dili öyrənmənin ən effektiv üsulu-Bu kanalları izləyin

Dövrümüzün ən böyük tələblərindən biri də çoxlu xarici dil bilməkdir. Dil bacarığınızı maraqlı videolar izləyərək inkişaf etdirmək üçün youtube kanalları əvəzsiz rol oynayır.

AzEdu.az rus dili öyrənmək üçün faydalı olacaq youtube kanallarını sizə təqdim edir

Learn Russian Language

WikiTranslate tərəfindən hazırlanan “Rus dilini öyrənin” kanalı yüzlərlə təlim videosu doludur. Videolar bütün səviyyələr nəzərə alınaraq hazırlanır. Həmçinin bu kanalda rus əlifbası və vurğusu haqqında faydalı məlumatlar əldə edə bilərsiniz

https://www.youtube.com/channel/UCItXXSbi2TcA9B1fn9LO6wA

R for Russian

Mahnıya qulaq asaraq öyrənmək çox gözəl təklifdir..Bu kanal rus dilini daha yaxşı mənimsəmək istəyənlər üçün nəzərdə tutulub

https://www.youtube.com/c/RforRussian

Weekly Russian

Weekly Russian kanalı vaxtı 10 dəqiqədən az olan videolarda rus dili ilə bağlı məlumatları təqdim edir. Başlanğıc səviyyəsindən başlayaraq, addım-addım bütün səviyyələr keçirilir . Kanal öyrətmə metodları ilə youtube-də xeyli izləyiciyə sahibdir.

https://www.youtube.com/c/weeklyrussian

Real Russia

Əyləncəli formada rus dili öyrənmək üçün əvəzolunmaz Youtube kanalıdır. Rus mədəniyyətini göstərərək bu dili əyləncəli şəkildə öyrənməyə kömək olur. Kanal eyni zamanda da motivasiya edici videolar paylaşır.

https://www.youtube.com/channel/UCUkt0wzOLfgmPoLAAwkbHYQ

Russian for Free

Bu kanal rus dilini öyrənmək istəyənlər üçün əladır. Adətən səyahət mövzulu videoların yer aldığı kanalı Rusiyaya getməzdən əvvəl mütləq izləməlisiniz. Videolarında ən çox istifadə olunan ifadələri, əsas sözləri asanlıqla öyrənə bilərsiniz.

https://youtu.be/o-fQG8_T4-Q

Qeyd edək ki, bu youtube kanallarındakı videoların bəziləri müəllimlər tərəfindən könüllü olaraq , bəziləri isə yalnız hobbi məqsədli hazırlanmışdır.

Gülcahan Məmmədova

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed