Rusiyada elmlər namizədlərinin sayı kəskin azalıb

Rusiyada elmlər namizədlərinin sayı kəskin azalıb

Rusiyada 2010-cu ildən bəri yeni elmlər namizədlərinin sayı təxminən üç dəfə azalıb

“Report”xəbər verir ki, buna“Dojd”diqqət çəkib.

Telekanal Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin açıqladığı məlumatlara istinad edib.

Onun sözlərinə görə, əgər 2010-cu ildə Rusiya ali məktəblərində müdafiə olunan namizədlik dissertasiyalarının sayı 33 min 700 idisə, ötən il cəmi 11 min 400 nəfər olub, ümumilikdə isə son illərdə yeni elmlər namizədlərinin sayı ildə 9 faiz azalır.

Bundan başqa, Sadovniçinin sözlərinə görə, aspirantların sayı da azalıb: 2010-cu ildən bəri 30 %.

Xatırladaq ki, dekabrın əvvəlində Rusiya Prezidenti Vladimir Putin gənc alimlərə dəstək proqramını genişləndirmək üçün vəsait çatışmazlığının olduğunu açıqlayıb. Onlarla görüşdə çıxış edən Rusiya prezidenti deyib ki, genişlənmə federal büdcədən pul tələb edərdi və yaxın gələcəkdə onu tapmaq “asan olmayacaq”.

Üç gün əvvəl Putin növbəti üç il üçün federal büdcə haqqında qanunu imzalayıb. Qanuna əsasən, ordunun xərcləri, demək olar, 70 % artırılacaq və onların bütün büdcə xərclərindəki payı (30 %) sovet dövründən bəri rekord səviyyəyə çatacaq. Eyni zamanda, elmi tədqiqatların maliyyələşdirilməsi yarıya qədər azalacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed