Rusiyalı tələbə və mütəxəssislərin Azərbaycana axını istisna deyil-TƏHLİL

Rusiyalı tələbə və mütəxəssislərin Azərbaycana axını istisna deyil-TƏHLİL

“Rusiyalı gənclərin, eləcə də ayrı-ayrı elm sahələri üzrə tədqiqat aparan şəxslərin yaxın, eləcə də qeyri-Avropa ölkələrinə axını da güclənəcək”.

Rusiyanın Ukraynaya müdaxiləsilə bağlı ölkələrinə dəstəklərini bildirdikləri üçün bəzi universitetlərin Avropa Universitetləri Assosasiyasına üzvlükləri dayandırıldı.

Həmçinin, daha sonra isə bir sıra Rusiya universitetlərinin diplomlarının xarici ölkələrdə tanınmayacağı ilə bağlı məlumatlar da yayıldı.

Bəs bütün bu proses Rusiyada təhsil alan yerli və əcnəbi tələbələrin ali təhsil üçün Azərbaycana üstünlük verməsinə,gələcəkdə ölkəmizə bu istiqamətdə tələbə axınına nə kimi təsir göstərə bilər? Eyni zamanda Rusiya universitetlərində əcnəbi tələbələr üçün sərt addımlar gözləniləndir?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı, təhsil jurnalisti Oruc MustafayevAzEdu.az-a açıqlamasında Avropa universitetlərindən kənarlaşdırılan rusiyalı tələbələrlə bağlı dövlətin atacağı addımlardan danışıb:

“Bəzi Avropa universitetlərindən rusiyalı tələbələrin tədrisdən kənarlaşdırılmasına dair məlumatlar da var. Nəticələr Rusiya parlamentinin təhsil komissiyasında da müzakirə olunub. İlkin qənaətlər belədir:

- Rusiya ali təhsil isteblişmenti Avropa universitetlərindən kənarlaşdırılan rusiyalı tələbələrə öz ölkələrində təhsilin qalan hissəsinin davam etdirilməsini təmin etməyə çalışır;

- Rusiya universitetlərində təhsil alan əcnəbi tələbələrlə münasibətdə heç bir arzuolunmaz perspektiv gözlənilmir, əcnəbi tələbələr hökumətlərarası müqavilələrə əsaslan təhsillərini davam etdirəcəklər.

Jurnalist təhsil komissiyasının əcnəbi tələbələrlə bağlı qənaətinin səbəbini diqqətə çatdırıb:

“Yuxarıdakı 2 qənaəti daha da möhkəmləndirən faktor isə Rusiya üçün yaranmış postsankisiyalar dövrü ilə bağlıdır: Sanksiyalardan sonra Rusiyanın iqtisadiyyat, sənaye və xüsusən də texnoloya sahəsində ayaqda durmasını təmin edəcək mütəxəssislər ordusuna böyük ehtiyacı yaranıb. Bu ehtiyac əsasən əcnəbi tələbələr hesabına ödəniləcək. Nəzərə alsaq ki, hadisələr fonunda artıq Rusiyadan beyin axını başlayıb. Onların kompensasiya olunması isə ciddi məsələdir.

Yaxın vaxtlarda Rusiyada təhsil alan və ya gələcəkdə almaq istəyən əcnəbi tələbələr üçün heç bir maneə yaradılmayacaq, əksinə onların ali təhsil almaq üçün Rusiyaya gəlmələri hər vasitə ilə təşviq olunacaq”.

Son olaraq o, rusiyalı gənclərin və mütəxəssislərin ölkəmizə axın ehtimalına diqqət çəkib:

“Rusiyalı gənclərin, eləcə də ayrı-ayrı elm sahələri üzrə tədqiqat aparan şəxslərin yaxın, eləcə də qeyri-Avropa ölkələrinə axını da güclənəcək. Bu baxımdan növbəti dövrdə əcnəbi tələbələrin, eləcə də elmi kollaborasiyalar kontekstində əcnəbi mütəxəssislərin də davamlı inkişaf və sabitlik dövrünü yaşayan Azərbaycana axınını istisna etmək olmaz”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed