“SABAH Magistratura” proqramının tələbələri üçün vebinar təşkil edilib

“SABAH Magistratura” proqramının tələbələri üçün vebinar təşkil edilib

Təhsil İnstitutu tərəfindən Bakı Dövlət Universitetinin “SABAH Magistratura” proqramında təhsil alan tələbələri üçün “Elektron hökumət quruculuğunda texniki layihələrin idarə olunması” mövzusunda vebinar təşkil olunub.

İnstitutdanAzEdu.az-abildirilib ki, tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində keçirilən vebinarın spikeri Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı olub. İnteraktiv şəkildə keçirilən tədbirdə iştirakçılara layihələrin idarə olunmasının tarixi, modelləri, layihə rəhbərlərinin vəzifələri barədə məlumat verilib.

Tələbələrin kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə təhsil aldığını nəzərə alaraq, spiker xüsusilə texniki layihələrin idarə olunmasının uğurlu yollarından və EHİM-də tətbiq olunan layihə idarəetmə sistemindən bəhs edib.

Daha sonra Aynur Qurbanlı EHİM tərəfindən icra olunan müxtəlif layihələr haqqında tələbələrə geniş məlumat verib.

Qeyd edək ki, Təhsil İnstitutu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasına və tələbələrin dərsdənkənar fəaliyyətlərinin təşkilinə məsuldur

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed