Sabahdan şagirdlərin yerdəyişməsi prosesi dayandırılır
Yanvarın 13-ü saat 17:00-dan etibarən 2022-2023-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.
Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesiwww.sy.edu.azportalı vasitəsilə həyata keçirilir.