Şagirdlər ana dilini bilirmi? (statistika)

Şagirdlər ana dilini bilirmi? (statistika)

Bu ilin buraxılış imtahanları elə də ürəkaçan olmayıb. Belə ki, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıb. Belə görünür şagirdlərimiz ana dilini bilmir.

Sual yaranır ki, testlərmi çətindi , yoxsa şagirdlər ana dilini bilmirmi?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ATV.az-a verilən məlumata görə, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin cəmi 44.15%-i, riyaziyyat fənni üzrə isə 42.02 %-i “4” və “5” qiyməti alıb.

Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin nəticələri də eyni vəziyyətdədirş belə ki, buraxılış sinifləri, 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.32%-i, riyaziyyat fənni üzrə isə 64.62 %-i “4” və “5” qiyməti alıblar.

Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84 %-i “4” və “5” qiyməti alıblar.

Rus bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i, riyaziyyat fənni üzrə isə 72.68 %-i “4” və “5” qiyməti alıblar.

Bu il rus bölməsi üzrə buraxılış imtahanlarında cəmi 56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb. Azərbaycan bölməsi üzrə isə 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.

Natavan ÇAVUŞ

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__10772871

İmtahanlari mektebden ayirmaqla duzm etdiniz,

MAGNİFİCENT

Bu imtahanlar 2014-2015 tədris illəri üçün nəzərdə tutulub?

HEBILOVA_Qonce

ayin 11-i de bizim imtahandir butun 9lara ve 11lere ugurlar

Qonaq__11292791

\"Ana dilinin qrammatikasını bilmir\" fikri daha dəqiq və yerində işləniləsi fikirdir.Dünyalarca tanınmış müğənni Müslüm Maqomayev nəğmə dərsindən \"2\", \"3\" qiymət alırdı. Uşaqların sevimli yazıçısı Abdulla Şaiq fars dilində təhsil almışdı.Müəllim olmaq üçün isə rus dilindən imtahan vermişdi, amma yazdığı əsərlər dil, rabitəli nitq, ifadə, obrazlılıq, təsvir baxımından mükəmməldir. \"Köç\" əsərini oxuyun.Onun bütün əsərləri Ana dilimizin bütün qayda-qanunlarını özündə ehtiva edir!Təəssüflər olsun ki. orta məktəb dərsliklərində onun əsərlərinə yer verilmir. Bu gün də ədəbiyyatımızda elə yazarlar var ki, Ana dilinin qrammatikası imtahanından \"3\",\"4\" qiymət almışlar. Bunu paylaşmaqla mən heç də \"2\" qiymət alanlara haqq qazandırmaq niyyətində deyiləm!Sinifdə olan 30 nəfər şagirddən 15-20 nəfəri \"2\" və \"3\" qiymət alır.Ən yaxşı halda bu şagirdlərin sayı bu qədər olmamalıdır.Nədən? Problem dərslik və proqramdadırmı, müəllimin fəaliyyətindədirmi,məktəbi idarəedənlərdədirmi,Sinifdə şagirdlərin sıxlığındadırmı, yoxsa şagirddədirmi?! Əlbəttə, bunun kökü var. Amma nədənsə heç kim köklə maraqlanmır, hamı budaqlardan yapışır. Səbəbi üzə çıxartmaq üçün kökü \"qazımaq\". kökə \"baxmaq\"lazımdır.Təhsil Nazirliyinin tabeliyində bir tədqiqat institutu var, nə işlə məşğul olur, məlum deyil.Bu 20 ildə ictimaiyyəti narahat edən bu məsələlərə elmi cəhətdən əsaslandırılmış cavab verilməli idi.Bunu etmək indi də gec deyil,

Albert_Einstein_1

İnşallah daha yaxşı olar.

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed