Şagirdlər ixtisas qruplarına daxil olmayan fənləri ağır keçməməlidir-Ekspert

Şagirdlər ixtisas qruplarına daxil olmayan fənləri ağır keçməməlidir-Ekspert

“Məktəb ixtisas qruplarına daxil olmayan fənləri lazım olmayan ağırlıqda tədris etməyə bilər”.

Bu sözləriAzEdu.az-aaçıqlamasındaorta təhsil üzrə ekspert Anar Məmmədovdeyib.

Belə ki, son illər ixtisas quplarına daxil olmayan fənlərin mənimsənilməsində azalma halları müşahidə edilir.

Anar Məmmədov məsələ ilə bağlı fikirlərini bildirib:

“Fənn qəbul imtahanı proqramına daxil olmasa belə, rəhbərlik və metodiki səviyyədə təsdiqləmələr həyata keçirilir. Şagirdlərin daxili imtahanlar zamanı göstərdiyi nəticələr təhlil olunur.

Hər məktəb dövlət proqramı çərçivəsində müəllimə ayırdığı saatları saxlamağı kifayətdir ki, dərs maraqlı keçsin.

Çox sayda şagirdlər var ki, yuxarı siniflərdə öz qruplarına aid olmayan fənlərə maraq göstərirlər. İmtahanı olmayan fənləri məktəbin özü lazımı ağırlıqda tədris etməyə bilər.

Qrupların əksəriyyətində idman fənni olmur, lakin xüsusi qabilliyət tələb edən fakültələrdə istifadə olunur. Amma hazırda idman fənninə olan maraq azalmayıb. Əksinə bununla bağlı dərnəklər artıb. Məktəblərdə basketbol, badminton, voleybol komandaları, müxtəlif şahmat dərnək və turnirləri yaradılıb. Hətta son zamanlar qılıncatma ilə bağlı dərnəklər də yaradılıb. 4 -cü qrupa sənəd verən şagird coğrafiyanı bir o qədər ağırlıqlı mənimsəmir, amma coğrafiya fənni tədris edilməlidir, çünki 44 günlük müharibə nəticəsində Azərbaycan coğrafiyasında bir çox dəyişiklər oldu. Şagirdlərin qrupuna daxil olmayan fənn maksimal ağırlıqda keçilməməlidir ki, o öz ana fənlərini oxuya bilsin. Lakin onun marağı olmalıdır ki, o, məlumatlı ola bilsin. 4-cü qrupa getməyən insan kimyanı bilməlidir, lakin onun dərin reaksiyalar aparmasına ehtiyac yoxdur”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed