Şagirdlərə PUL mükafatı veriləcək

Şagirdlərə PUL mükafatı veriləcək

Azərbaycan Respublikasında formal ümumi təhsil forması tətbiq olunur.

Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin(MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsində qeyd edilib.

Həmçinin qanun layihəsinin 12.14-ci maddəsində qeyd edilib ki, ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də, ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər.

Qanun layihəsinin 12.20-ci maddəsinə görə,ümum təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir.

12.21-ci maddədə isə göstərilir ki, dövlət özəl və bələdiyyə ümumtəhsil müəssisələrinin inkişafını dəstəkləyir və bu məqsədlə müvafiq dəstək mexanizmləri tətbiq edir:

“Bu dəstək mexanizmlərinin növləri, habelə tətbiqinin prinsipləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Həmçinin, 12.23-cü maddəyə əsasən, ümumtəhsil müəssisələrində “Təhsil haqqında” qanuna uyğun olaraq, psixoloji xidmət təşkil olunur.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed