Şahbuzda məktəb direktoru çıxarılıb - SƏBƏB
Şahbuz rayonunda məktəb direktoru işində yol verdiyi nöqsana görə vəzifəsindən azad olunub.
"Report"un yerli bürosu xəbər verir ki, Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu və eyni zamanda fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən kənarlaşdırılıb.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.