Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

RəsədxanadanAZƏRTAC-a bildirilib ki, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Geomaqnit sahə son sutka ərzində ümumən sakit olub.

Proqnoz günlərində - fevralın 8-dək Günəş fəallığının aşağı səviyyədə olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M sinif 10 faiz, X sinif isə 1 faizdir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya aşağı səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində qalacağı gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.

Proqnoz dövründə mənfi qütblü tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri Günəş küləyinin sürətinin artmasına səbəb olacaq. Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Fevralın 7-də maqnit sahəsinin bir qədər (4 Kp) aktivləşəcəyi proqnozlaşdırılır. G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed