Şəhriyar Məmmədyarov: “Sanki Maqnusla deyil, kompüterlə oynayırdım”

Şəhriyar Məmmədyarov: “Sanki Maqnusla deyil, kompüterlə oynayırdım”

Azərbaycanmilli komandasının üzvü, üçqat Avropa çempionu, dünya reytinqində 5-ci sırada olan Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Metbuat.azsaytının məlumatına görə, 37 yaşlı qrossmeyster Veyk-An-Zee superturniri, olimpiadalar və Qran-prilər barədə danışıb, Maqnus Karlsenlə partiyanın sirrlərini açıqlayıb.

- Nüfuzlu Veyk-An-Zee superturnirində Maqnus Karlsenə məğlubiyyətdən sonra ikinci yerlə kifayətləndiniz. Turnirdə çıxışınızı necə qiymətləndirirsiniz?

- Sözsüz turnirdə daha yaxşı çıxış edə bilərdim. Dünya çempionu Maqnus Karlsenlə vacib partiyada məğlub oldum. Bundan sonra yarışın qalibi olmaq şansım azaltdı. Yekunda ikinci yeri tutdum. Veyk-An-Zee superturniri böyük tarixə malik yarışdır. Belə güclü turnirdə ikinci yeri tutmaq yaxşı nəticədir. Belə yüksək səviyyəli yarışda 4 oyunda qələbə qazanmaq müsbət haldır. Çıxışımdan razı qaldım.

- Dünya çempionu Maqnus Karlsenə qalib gəlmək üçün nə lazımdır?
- Müxtəlif vaxtlarda Karlsen üzərində qələbəmiz olub. Mütəmadi olaraq yarışlarda qarşılaşırıq. Qələbələrimiz olur. Sadəcə Maqnus daha çox qalib gəlir. Dünya çempionu titulunu bütün turnirlərdə sübut etməyə çalışır. Dünyanın 1 nömrəli şahmatçısıdır. Tarixdə dahi şahmatçılar olur. Bizim dövrümüzdə də Maqnus Karlsen kimi dahi şahmatçı var. Onunla mübarizə aparmaq çətindir.

-Niderlandda verdiyin müsahibədə sabiq dünya çempionu Vişvanatan Anandı axtardığını söyləmisən. Yəni Anand olmadığına görə turnirin ən yaşlı şahmatçısı olmaq səni təəccübləndirib?
- Azərbaycan milli komandası daim ən gənc kollektivlərdən sayılıb. İlk dəfə olimpiadada oynayanda orta yaş həddimiz 16 idi. Biz hər zaman gənc komanda kimi yadda qalmışıq. Veyk-An-Zee turnirində ən yaşlı iştirakçı olduğumu öyrənəndə məyus oldum. Ona görə deyirdim Anand hardasan? Yaşa görə onu axtarırdım (gülür). Bu bir zarafat idi. Amma yekunda ən yaşlı üç şahmatçı ilk dördlükdə qərarlaşdı. Yəni yaşa baxmayaraq yaxşı oynadıq.

- Maqnus Karlsenlə partiya barədə danışmaq istərdim. Dünya çempionu sanki Şəhriyara qarşı xüsusi hazırlaşmışdı?
- Şahmatda səhvsiz oynamaq çox çətindir, nadir hallarda olur. Kompüterdən fərqli cəhətimiz budur. Yəni kompüter səhv etmir, şahmatçı isə az da olsa səhvə yol verir. Maqnus mənlə oyunda səhvə yol vermədi. Sanki Maqnusa qarşı deyil, kompüterə qarşı mübarizə aparırdım. Bir insanın belə səviyyədə oynaması real deyil. Nə demək olar, bu Maqnusdur. Oyunun səviyyəsi hamını şoka saldı. Belə səhvsiz oyun çətindir. Fikrimcə bu partiya Maqnusun ilin ən yaxşı partiyalarından biri olacaq. Dünya şahmat tacı uğrunda görüşdə Yan Nepomnyaşilə mübarizədə səhvləri olurdu. Amma Veyk-An-Zeedə mənimlə mübarizədə səhvi olmadı.- Maqnus Karlsen kompüterə qalib gələ bilər?
- Turnirdən əvvəl düşünürdüm ki, kompüterə qalib gəlmək mümkün deyil. Kompüter səhv etmir. Ona necə qalib gəlmək olar? Sadəcə heç-heçə etmək olar. Kompüterlə heç-heçə böyük uğurdur. Maqnus həmin gün mənimlə oynadığı oyunu oynasa kompüterə uduzmayacaq.

- Maqnus şahmat tacı uğrunda görüşdəRusiyatəmsilçisi Yan Nepomnyaşi üzərində çox asan qələbə qazandı. Bu fikirlə razısan?
- Turnir iki yerə bölündü. İlk yarıda Yan yaxşı müqavimət göstərdi. İkinci yarıda problemlər başladı. İlk məğlubiyyət ona çox pis təsir etdi və toparlana bilmədi. Maqnusun belə qələbə qazanacağını gözləmirdik.

- Yayda milli komandalar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu yarış hər zaman milli komanda üçün önəmli sayılır...
- Milli komanda hər zaman önəmlidir. Bilirsiniz ki, olimpiada hər zaman mühüm yarışdır. Olimpiadalarda ən yaxşı nəticəmizNorveçdə olub - əlavə əmsallara görə 2-5-ci yerləri bölüşdürmüşük. Olimpiadada çox böyük uğurumuz olmayıb. Hazırda zaman var. Azərbaycan Şahmat Federasiyasının yeni rəhbərliyi ilə təlim-məşqlərdə iştirak etmək imkanımız olacaq. Çalışacağıq olimpiada uğurlu olsun. Ümid edirəm bu ilki nəticə ən yaxşısı olacaq.

- Bu yaxınlarda “Məmmədyarovlar” şahmat məktəbi yaradıldı. Vaxt olduğu zaman Şəhriyarı məktəbdə görmək imkanımız olacaq?
- Zaman olduqca gəlməyə çalışacam. Hazırda dünya şahmat reytinqində ilk beşlikdə qərarlaşıram. Bu nəticə dünya şahmat tacını fikirləşməyə imkan verir. Əsas vaxtımı hazırlığa və oyunlarıma yönəldirəm. Vaxt olanda sözsüz gənclərlə görüşürəm, seans təşkil edirik. İmkan olanda məktəbə gələcəm.

- Bu gündən etibarən təlim-məşq toplanışına yollanırsan. Bu barədə danışmaq olar?
- Bu bir sirrdir. Heyəti açıqlamaq istəmirik. QarşıdaBelqradBerlinQran-Priləri olacaq. İddiaçılar Turnirinə yollanmaq üçün son şansdır. Ona görə 15 günlük təlim-məşq toplanışına başlayırıq. Bütün fikrim hazırlığa yönəlib.

  • Paylaşmağı unutma

Səhr yaz

......