Şəki məktəbliləri Botanika İnstitutunda təcrübə keçiblər

Şəki məktəbliləri Botanika İnstitutunda təcrübə keçiblər

Şəki şəhəri 11 saylı orta məktəbin XI sinif şagirdləri İlkanə Məmmədova və Xədicə Abdulhəmidli kimya müəllimi Xatirə Şabəddinova ilə birgə Botanika İnstitutunda olublar. İnstitutun baş direktoru professor Səyyarə İbadullayeva şagirdlərə bitkilərdən cövhər və məcunların alınması üzrə bəzi elmi tövsiyələr verərək, onları elmi mühit və təcrübədən yararlanmağa dəvət edib. S.İbadullayeva şagirdlərdə biologiya elminə marağın artırılması istiqamətində belə təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, bu ənənənin gələcək illərdə də davam etdirilməsi Botanika İnstitutunun qarşıya qoyduğu məqsədlərdəndir.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, şagirdlər İnstitutun Etnobotanika şöbəsində bitkilərdən bioloji fəal maddələrin alınması sahəsində yetərincə təcrübəli mütəxəssis sayılan Elvin Kərimli ilə birlikdə etnobotaniki üsulla müəyyən xəstəliklərin müalicə üsullarına aid təcrübə aparıblar. Təcrübə zamanı şagirdlər Azərbaycan florasında geniş yayılmış dərman bitkilərindən bioloji fəal maddələrin alınma üsullarının öyrənilməsi, praktiki laboratoriya vərdişlərin mənimsənilməsi, eləcə də alınan bioloji fəal maddələrin xalq təbabətində və əczaçılıq sahəsində tətbiqi və istifadəsi metodlarını mənimsəyiblər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed