Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1905-1906-cı illər kütləvi qırğınlar” sərlövhəli məqaləsi Tehranda “Xudafərin” jurnalında dərc olunub.

Bu barədəAZƏRTAC-a institutdan məlumat verilib. Məqalədə S.Talıblı qeyd edir ki, 1905-1906-cı illərdə Cənubi Qafqazda törədilən qırğınlar mahiyyət etibarilə ermənilərin XX əsrdə azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Böyük dövlətlərin hərtərəfli dəstəyi ilə erməni silahlı dəstələrinin Cənubi Qafqazda törətdikləri qarətlər, soyğunçuluq, kütləvi qırğınlar, terror aktları və qətliamlar barədə o dövrün yerli və xarici mətbuatında, ayrı-ayrı müəlliflərin əsərlərində, xatirələrində tarixi faktlar mövcuddur. Tədqiqatlardan, arxiv materiallarından, o dövrün mətbuatından, yerli və xarici müəlliflərin əsərlərindən məlum olur ki, ermənilər 1905–1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 8 şəhərində (Bakı, İrəvan, Naxçıvan, Gümrü, Şuşa, Gəncə, Qazax, Tiflis) etnik təmizləmə və kütləvi qətliamlar törədiblər. 1905-1906-cı illər soyqırımları zamanı Cənubi Qafqazda 286 kənd viran edilib və 8 şəhər dağıntılara məruz qalıb. Soyqırımlar zamanı təqribən 200 yaşayış məntəqəsi dağıdılıb və xarabalığa çevrilib, 15 mindən çox ailə (təqribən 100 min nəfər) ev-eşiyindən didərgin düşüb, 10 mindən artıq insan tələfatı olub.

Müəllif məqalənin sonunda vurğulayır ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının ermənilərin cinayətkar və terror əməllərinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed