Sertifikasiya imtahanında Azərbaycan dili və ədəbiyyat fənni üzrə sualların hazırlanması qaydası açıqlanıb

Sertifikasiya imtahanında Azərbaycan dili və ədəbiyyat fənni üzrə sualların hazırlanması qaydası açıqlanıb

“Müəllimlərin işə qəbulu imtahanında olduğu kimi sertifikasiya imtahanında da Azərbaycan dili və ədəbiyyat fənni üzrə əsas 4 məzmun sahəsi üzrə təhsilverənlərin biliyi yoxlanılacaq”.

“Report”xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O bildirib ki, bura oxu, yazı, dil qaydaları və ədəbiyyat və həyat həqiqərləri məzmun sahəsi aiddir: “Bu məzmun sahələri də müəllimlərə tanışdır, çünki məktəblərdə onsuzda şagirdlərə məhz bunları öyrədirlər. Sertifikasiya imtahanlarının 50 (Azərbaycan dili 30, ədəbiyyat 20) sualı da məhz bu məzmun sahələri arasında bölüşdürüləcək”.

Qeyd edək ki, builki sertifikasiya imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər də iştirak edə biləcəklər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed