"Sinifdə qalan" şagirdlər nə vaxt imtahan verəcəklər?

Sinifdə qalan

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva eksternat qaydasında imtahanların təşkili barədə əmr imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, əmr əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanların keçirilməsini təmin etmək məqsədilə imzalanıb.

Əmrlə Ümumi təhsil sektoruna eksternlərin ərizələrinin 01 aprel 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixə kimi qəbul edilərək qeydiyyata alınmasını, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları rəhbərlik etdikləri məktəblərdə əvvəlki illərdə oxuyub təhsil sənədi ala bilməmiş vətəndaşların müvafiq prosedur qaydaları ilə bağlı məlumatlandırılmalarını və ərizələrinin BŞTİ-yə təqdim olunmasını təmin etməlidirlər.

Əmrdə ümumi orta və tam orta təhsil proqramları üzrə eksternat qaydasında imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 45 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilib.

Eksternlər üçün aralıqimtahanları 11, 12, 13 may 2016-cı il tarixlərdə keçiriləcək.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......