Suallar asan olsaydı, bütün şkala sürüşəcəkdi

Müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat və ingilis dili fənni üzrə imtahanlar nisbətən çətin olub.
Milli.AzTrend-ə istinadən bildirir ki,bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bu, heç də həmin müəllimlərin digərlərindən daha az savadlı olduğunu göstərmir:
"Həm riyaziyyat, həm də ingilis dili müəllimləri üçün ballar nisbətən zəif olubsa, bu, verilən vaxtla bağlı ola bilər. Suallar asan olsaydı, bütün şkala sürüşəcəkdi".