“Şuşa İli”nə həsr olunmuş tədbir: Qarabağım al-əlvandır, hər tərəfdə Xarıbülbül

“Şuşa İli”nə həsr olunmuş tədbir: Qarabağım al-əlvandır, hər tərəfdə Xarıbülbül

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 164 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Qarabağım al-əlvandır, hər tərəfdə Xarıbülbül” adlı tədbir keçirilib.

Bu barədəAZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər tədbirin mədəniyyət paytaxtımıza məktəblilərin töhfəsi olmaqla yanaşı, həm də “Şuşa İli”nin Azərbaycan təhsili qarşısında qoyduğu vacib öhdəliklərin icrasının tərkib hissəsi olduğunu söyləyiblər. Bildirilib ki, bu kimi tədbirlərin keçirilməsi Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Həmçinin Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, Vətən müharibəsində şücaət göstərən qəhrəman şəhid və qazilərimizi cəmiyyətə tanıtmaq, yetişən nəslə belə igidlərlə fəxr etməyi öyrətmək işində ən böyük məsuliyyət payının, ilk növbədə, məktəbin, müəllimlərin üzərinə düşdüyü diqqətə çatdırılıb.

Tədbir ədəbi-bədii kompozisiyaların nümayişi ilə davam edib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed