Tanınmış ürək cərrahı “Məktəbdə...” layihəsinin qonağı olub

Tanınmış ürək cərrahı “Məktəbdə...” layihəsinin qonağı olub

Bakı, 7 fevral,AZƏRTAC

“Məktəbdə...” layihəsinin növbəti görüşü Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı ürək-damar cərrahı, professor, Əməkdar həkim, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev olub.

Bu barədəAZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, K.Musayev uşaqlıq illəri, məktəb həyatı, müəllimləri ilə bağlı xatirələrindən, müəllimlərinin həyatındakı rolundan, seçdiyi peşədə uğur qazanmasına səbəb olan amillərdən danışıb. Qonaq peşəsinin məsuliyyəti, insan bədəninin ən həssas və mürəkkəb orqanı olan ürək üzərində əməliyyat icra edən cərrahdan tələb olunan səriştə və bacarıqlar, ürəyi qorumağın fiziki və mənəvi tərəfləri barədə şagirdlərə məlumat verib.

Azərbaycan gəncliyinin gələcəyinə böyük ümidlər bəslədiyini bildirən Kamran Musayev məktəblilərə gələcək təhsil pillələri, ixtisas seçimi zamanı diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib, şagirdləri düşündürən sualları cavablandırıb.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed