Tarixçi alim: Türkiyə və Azərbaycan qardaşlığı bizim gücümüz, bizim qürurumuzdur

Tarixçi alim: Türkiyə və Azərbaycan qardaşlığı bizim gücümüz, bizim qürurumuzdur

Qardaş dedikdə ağıla ilk gələn məna eyni valideynlərin övladları arasında olan bioloji və mənəvi bağlılıq, təmənnasız sevgi və çiynini dayaya biləcəyin güvəndir. Türkiyə ilə Azərbaycan bu qardaşlığın ən gözəl və əyani nümunəsidir.

Bu sözləriAZƏRTAC-a müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri tarix elmləri doktoru Nərgiz Əliyeva söyləyib. N.Əliyeva bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin yaxın keçmişinə diqqət yetirsək görərik ki, Azərbaycan xalqı I Dünya müharibəsində cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərmək üçün “Qardaş köməyi ” adlı təşkilat yaratmaqla bərabər, Çanaqqala savaşında da qəhrəmancasına savaşıb şəhid olmuşdu. Bu fədakarlıq türk xalqının hafizəsində elə dərin kök salıb ki, öz köməyini 1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi soyqırımına qarşı Azərbaycan könüllülərinin də qatıldığı Qafqaz İslam Ordusunu yaratmaqla ifadə etdi. Məhz bu ordunun fəaliyyəti nəticəsində Azərbaycan erməni terrorçularından təmizləndi.

Tarix təkrar olunur: 2020-ci il 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin beynəlxalq siyasi arenada Azərbaycanın haqq səsinə dəstək verməsi xalqımızı ruhlandırdı, qürurlandırdı. Məhz Türkiyənin bu siyasi və mənəvi dəstəyi bizə güc, hünər verdi, böyük Qələbəmizə inam yaratdı, qardaşlıq dirəyinin sarsılmaz olduğunu göstərdi.

Bu il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ bizim hamımızı dərindən sarsıtdı. Bu ağır məqamda Azərbaycan daim qardaş ölkənin yanında olduğunu bir daha göstərdi. Zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyəyə yardımlar göndərilməsi üçün təxirəsalınmaz tədbirlər görüldü. Xilasedicilərimiz zəlzələ bölgəsində axtarış-xilasetmə işləri apardılar. Ölkəmizdə hamı Türkiyəyə kömək etmək üçün əlindən gələni etdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə zəlzələ bölgələrinə yardım kampaniyası təşkil olundu. Türkiyəyə tibbi ləvazimat və avadanlıqlar, digər lazımi materiallar, ərzaq göndərildi.

“Bizim Türkiyəyə sevgimiz tükənməzdir, biz Türkiyəyə daim dəstək göstərəcəyik. Türkiyə və Azərbaycan qardaşlığı, necə deyərlər, ət ilə dırnaq kimidir, ayrılmazdır, bizim birliyimiz bizim gücümüz, bizim qürurumuzdur”,- deyə alim vurğulayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed