Tədris resurslarının hazırlanması üzrə müəllif müsabiqəsi elan edilir

Tədris resurslarının hazırlanması üzrə müəllif müsabiqəsi elan edilir

Təhsil İnstitutunun Təhsil Resursları Mərkəzi riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik) hazırlanması məqsədilə müəllif müsabiqəsi elan edir.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlərin riyaziyyat fənni üzrə dərin bilikləri, araşdırmaçılıq, tədqiqatçılıq keyfiyyətləri, yüksək özünütəhsil vərdişləri, xarici dil bilikləri, kompüter və İKT-dən istifadə bacarıqları və pedaqoji təcrübəsi olmalıdır. İştirakçılar, həmçinin təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil edə bilmək bacarığı, fənn kurikulumu ilə tanışlıq kimi tələblərə cavab verməlidirlər.

Müsabiqədən keçən müəllifliyə namizədlər xarici mütəxəssislər tərəfindən keçiriləcək təlimlərə cəlb olunacaqlar. Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən CV-lərinitrm@arti.edu.azelektron poçt ünvanına “Müəllif” başlığı altında göndərmələri xahiş olunur.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed