Təhsil naziri 4 rayonun təhsil ictimaiyyəti ilə görüşüb

Təhsil naziri 4 rayonun təhsil ictimaiyyəti ilə görüşüb

Yanvarın 24-də təhsil naziri Emin Əmrullayev Sabirabad rayonuna səfəri çərçivəsində Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbə müdirləri və müdir müavinləri ilə görüşüb.

Bu barədə Təhsil NazirliyindənAzEdu.az-a məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə qeyd edilən bölgələr üzrə şagird sayı 200-dən çox olan məktəblərin direktorları da iştirak edib.

Görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsinin mövcud problemləri və həlli istiqamətində fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması, bu istiqamətdə görülən işlər və gələcək planlar müzakirə olunub.

Sonda yerli təhsili idarəetmə qurumlarına müvafiq tapşırıqlar verilib və suallar cavablandırılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed