Təhsil Nazirliyi: 120 minə yaxın şagird STEAM tədrisinə cəlb olunub

Təhsil Nazirliyi: 120 minə yaxın şagird STEAM tədrisinə cəlb olunub

2022-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəbini və 15 STEAM mərkəzini əhatə edir. Ümumilikdə 120 minə yaxın şagird STEAM tədrisinə cəlb olunub.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda Bakı, Xırdalan, Şirvan, Quba, Gəncə, İsmayıllı, Bərdə, Lənkəran, Sabirabad və Ağdaşda STEAM mərkəzləri fəaliyyət göstərir. Cari ildə daha 5 STEAM mərkəzinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. STEAM layihəsi çərçivəsində təhsilalanlar müasir cəmiyyətin müxtəlif sahələrinin inkişafı üçün zəruri olan robototexnika, biotexnologiya, nanotexnologiya, proqramlaşdırma, aerokosmik mühəndislik və pilotsuz uçuş aparatları, elektrik mühəndisliyi, 3D çap istiqamətində bilik və bacarıqlar əldə edirlər

  • Paylaşmağı unutma

Səhr yaz

......