Təhsil Nazirliyi təhsil haqqını aşağı salmağı tövsiyyə etdi

Təhsil Nazirliyi təhsil haqqını aşağı salmağı tövsiyyə etdi

“Azərbaycan Təhsil Nazirliyi ödənişli əsaslarla tələbə qəbulu aparan özəl ali təhsil müəssisələrinə təhsil haqlarının dövlət tərəfindən tənzimlənən təhsil haqlarından yüksək müəyyən edilməməsini tövsiyə edib”. SİA-nın xəbərinə görə, bu fikirləri təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Ceyhun Bayramov qeyd edib ki, təhsil nazirliyi ali təhsil müəssisələrinin hər birinə tələbələrin təhsili üçün daha geniş təhsil imkanlar yaratmaqla təhsil haqlarının yüksək olmamasını da tövsiyə edib: “Biz tövsiyə edirik ki, ödənişli əsaslarla tələbə qəbulu aparan ali təhsil müəssisələri dövlət tərəfindən tənzimlənən təhsil haqlarından yüksək qiymətlər müəyyən etməsinlər. Ancaq biz nazirlik olaraq, bunu yalnız tövsiyyə edə bilərik, tələb edə bilmərik”.

C.Bayramov əlavə edib ki, 2010-cu ildən etibarən Azərbaycanda universitetlər yeni sistemə-adambaşına maliyyələşdirmə mexanizminə keçməyə başlayıblar: "2014-cü ildə isə həmin proses başa çatıb. Bəzən insanlar səhv olaraq deyirlər ki, ödənişli və ödənişsiz təhsil var. Bu gün ödənişsiz təhsil yoxdur, bütün təhsil ödənişlidir”.

Nazir müavini onu da vurğulayıb ki, yüksək nəticələrlə dövlət sifarişli ixtisaslara qəbul olan abituriyentlərin təhsil haqları dövlət tərəfindən ödənilir: "Dövlət tərəfindən ödənilən təhsil haqlarının qiymətləri hökumətin müvafiq qərarına əsasən, ixtisaslardan və ali təhsil müəssisələsindən asılı olaraq, formalaşır. Bu təhsil haqqı xərclərini tələbə, onun ailəsi hiss etmir. Çünki bunu dövlət ödəyir. Digər tələbələrin ödənişli haqlarına gəldikdə, mövcud praktika ondan ibarətdir ki, həmin təhsil haqları ali məktəblərin özləri tərəfindən formalaşdırılır və burada dövlətin hər hansı qiymət tənzimləmə mexanizmi mövcud deyil. Bu təhsil müəssisələrində qiymət tələb və təklif əsasında formalaşır”.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__13216421

PULSUZOLSAYDİ YAXSİ OLARDİ BİRİNİN İMKANİ VAR BİRİNİN YOXDU

Qonaq__13216421

2İLDİ UNVERSDEDE HAZİRLASİRAM QARDASİMDA MENDE PULLUYA DUSURUK DEYE OXUYA BİLMİRİK 1AZ ASAGİ SALSALAR BALLARİ YAXSİ OLAR PULSUZA HER KES DUSE BİLMİR HER KES İNİSDUDA GİRMEK UCUN AZ QALA CANİN FEDA EDİR SOYUQDA AYAGLARİ YAS OLA OLA USAGLAR DERSE GEDİR ZULMLE DERS OXUYURLAR VALLAH ASAGİ SALİNSA GORUN NECEDE YAXSİ OLAR SAVAB QAZANARSİZ DUALAR EDERLER SİZE EVVELCEDEN SAGOLUNKİ OXUDUGNUZA GORE UMUDLE YAZDİM......

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed