Təhsil sahəsində Azərbaycan Gürcüstanla yeni sənəd imzalayacaq

Təhsil sahəsində Azərbaycan Gürcüstanla yeni sənəd imzalayacaq

“Gürcüstan və Azərbaycan arasında 2004-cü ildə təhsil sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənəd üzərində işi yaxın gələcəkdə başa çatdıracağıq, hər iki ölkənin vətəndaşları ali təhsil müəssisələrində oxuyacaqlar”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze “Milli Məclis” analitik informasiya jurnalına müsahibəsində deyib.

Səfir bildirib ki, mədəni-humanitar sahə ikitərəfli əməkdaşlıqda böyük potensiala malik olan istiqamətlərdən biridir: “Bu sahədə sıx təmaslar və məhsuldar əməkdaşlıq ölkələrimizi bir-birinə bağlayır”.

  • Paylaşmağı unutma

Səhr yaz

......