Təhsili bərbad olan - ən çox “2” almış - rayonlar hansıdir?

Təhsili bərbad olan - ən çox “2” almış -  rayonlar hansıdir?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16 iyun tarixlərindərespublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Bu imtahanlarda XI sinfi bitirən 86156 şagird iştirak edib. Artıq buraxılış imtahanlarının nəticələri də məlumdur.

Modern.az saytı TQDK-dan əldə etdiyi məlumat əsasında XI siniflər üçün keçirilən buraxılış imtahanlarında ən aşağı nəticə göstərmiş rayonların siyahısını təqdim edir.

Belə məlum olur ki, həm Ana dili, həm də riyaziyyat fənnindən bu il məzunları ən aşağı nəticə göstərən rayon Sabirabaddır. Bu rayonun məktəblərində təhsil alan şagirdlərin 46,80 faizi Ana dilindən, 50,59 faizi isə riyaziyyatdan "2” alıb.

Məzunları pis nəticə göstərən ikinci rayon Daşkəsəndir. Bu rayonda 11-ci sinfi bitirən məzunların 43,82 faizi Ana dili, 49 faizi riyaziyyatdan "2” qiyməti alıb.

Xoşagəlməz siyahıda üçüncü yeri Ağcəbədi rayonu tutur. Belə ki, Ağcəbədidə məzunların 46,22 faizi riyaziyyatdan, 39 faizi Ana dilindən "2” alıblar.

Gədəbəy məzunları ən pis nəticə göstərən dördüncü rayondur. Bu rayonda 11-ci sinfi bitirən məzunların 41 faizi Ana dilindən, 36,73 faizi isə riyaziyyatdan "2” qiyməti alıblar.

Məzunları Ana dili və riyaziyyatdan "2” alan rayonlar sırasında ilk "beşlik” Hacıqabul rayonu ilə qapanır. Hacıqabullu məzunların 36,22 faizi Ana dilindən, 44,13 faizi isə riyaziyyatdan "2” qiyməti alıblar.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__10799044

Xahiş edirəm ən yaxşı nəticə göstərmiş məktəbləri də yazın Biz həmişə pisi deyirik,yaxşılar kölgədə qalır

Qonaq__11595106

Mənə elə gəlir ki, 2 qiymət alan şagirdləri Ali məktəblərə qəbul imtahanlarına buraxmamaq lazımdır. belə olsa növbəti ildə 2 alanların sayı azalacaq. Bu il 2 qiymət alan şagirdlə də növbəti ildə yenidən həmin fənlərdən ( 2 alan fəndən) imtahan versinlər.

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed