Təhsilverənlərin vəzifə maaşı nəyə əsasən təyin edilir, əlavə ödənişlər kimlər üçün keçərlidir?- QANUN

Təhsilverənlərin vəzifə maaşı nəyə əsasən təyin edilir, əlavə ödənişlər kimlər üçün keçərlidir?- QANUN

Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir.

Onların təhsil müəssisələrində sosial müdafiəsi bu “Təhsil haqqında Qanun”la, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

AzEdu.azxəbər verir ki, təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.

Dövlət və bələdiyyə təhsil müəssisəsiöz sərəncamında olan büdcədənkənar vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər təyin edə bilər. Bu təhsil müəssisələrində işləyənelmi vəelmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sağlamlıq imkanları məhdud,inklüziv təhsili həyata keçirən,valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssisələrinin, istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrinçalışan təhsil işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada əlavələr olunur.

Pedaqoji profilli ixtisaslar üzrəisə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislərüçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən müəyyən edilir.

Qeyd edək ki, təhsilverənlərə qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil və yaradıcılıq məzuniyyətləri verilir.

  • Paylaşmağı unutma

Səhr yaz

......