Tələbə kreditləri nə vaxt veriləcək?

Tələbə kreditləri nə vaxt veriləcək?

Tələbələr bu tədris ilindən etibarən Təhsil Tələbə Kredit Fondundan kredit ala biləcəklər.

Milli.AzTrend-ə istinadən xəbər verir ki,bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Fond artıq maliyyələşməyə hazırdır. Tələbələr bu tədris ilindən müraciət edərək fondun təqdim etdiyi kreditlərdən faydalana bilərlər.

Qeyd edək ki, Təhsil Tələbə Kredit Fondu krediti təhsil haqqının ödənilməsi üçün verir. Kredit iki meyar üzrə verilir. İlk növbədə, sosial həssas ailələrdən olan tələbələrin maddi və sosial vəziyyəti əsas götürüləcək. Öz hesabına təhsil alan tələbələrə kreditlər verilən zaman isə tələbələrin akademik göstəriciləri nəzərə alınacaq.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed