“Tələbə-məzun dövlət elektron məlumat sistemi” istifadəyə verilmişdir
Martın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış "Tələbə-məzun dövlət elektron məlumat sistemi"-nin təqdimatı keçirlmişdir. "Kempinski Hotel-Badamdar" kompleksində təşkil olunmuş tədbirdə TQDK-nın, müxtəlif nazirliklərin, dövlət orqanlarının, ali və orta ixtisas təhsili müəssisələrinin, qeyri-hökumət təşkilatlarının rəhbərləri, nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak etmişlər.
Azərbaycan Respublikası Prezidentinin "Tələbə-məzun dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında" 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı İKT - dən istifadəni nəzərdə tutmaqla təhsilin daha səmərəli idarə olunmasına və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə xidmət edəcəkdir.
Tələbə və məzunlar haqqında məlumatları bir sıra dövlət orqanları, o cümlədən, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və digər qurumlar istifadə edəcək.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət sifarişi əsasında təhsil alan tələbələrin siyahısı ilə işləmək, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna iddialı olan vətəndaşların aldıqları təhsil haqqında məlumatları əldə etmək, təhsil müəssisələri təhsil prosesinin idarə olunması, müxtəlif növ hesabatların və siyahıların, tələbə və ya məzunun elektron anket formasının alınması kimi imkanları əldə edəcəkdir.
Sistemin strukturu və informasiya təminatı
Sistem tələbə-məzun məlumat bazasından və bu bazaya məlumatların daxil edilməsi, dəyişdirilməsi, mühafizə edilməsi, axtarışların aparılması və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksindən ibarətdir. Sistemə giriş TQDK-da yerləşən mərkəzi serverdən idarə olunan korporativ şəbəkə vasitəsilə mümkün olacaqdır. Məlumat bazaları da TQDK-nın serverində yerləşdiriləcəkdir. Sözü gedən korporativ şəbəkəyə isə internet infrastrukturu üzərindən qoşulmaq mümkün olacaqdır. Sistemə ali və orta ixtisas təhsili müəssisələri və "Tələbə-məzun dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin 6-cı bəndində nəzərdə tutulan dövlət orqanları qoşula biləcəklər. Sistem administratoru kimi TQDK təyin olunub. Sistemin informasiya təminatı həm TQDK, həm də ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçiriləcəkdir.
Sistemin istifadəçiləri müxtəlif səviyyəli məlumata çıxış statusuna malik olacaqlar. Mərkəzi icra hakimiyyəti orqanları isə daha geniş miqyaslı məlumat almaq imkanına malik olacaqlar.
Qonaq__10540178
Naxçıvan şəhər
Qonaq__10557948
AGSU
Qonaq__10426412
normal
Qonaq__11238153
SAGİRD MEZUN NEYE GORE GELMİR