Tələbə təqaüdlərində dəyişikliklər ola bilər

Tələbə təqaüdlərində dəyişikliklər ola bilər

Azərbaycanda tələbələrə təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir. Trend-in məlumatına görə, bunu ANS telekanalına müsahibəsində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycanda dövlət sifarişi ilə təhsil alan tələbə 4 il ərzində pulsuz oxumaqla yanaşı, həm də dövlətdən təqaüd alır. Pullu, yəni ödənişli təhsil alan isə bu təqaüdü ala bilmir: "Biz bu sistemi rəqabət mühiti üçün ədalətsiz sistem hesab edirik. Onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir".

M.Cabbarovun sözlərinə görə, "dövlət sifarişli" təhsilə el arasında "pulsuz təhsil" də deyilir. Əslində isə bu, pulsuz deyil, pullu təhsildir. Sadəcə olaraq, bu təhsilin pulunu dövlət qrant kimi ödəyir: "Mən təbii olaraq, bu sistemin qorunmasının tərəfdarıyam. Lakin biz bir məsələdə artıq islahata başlamışıq".

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__12361077

pulluya dusen telebeleqe teqaud bu ilden verilecek yoxsa bu mesele hele qebul edilmeyib

Qonaq__12884871

Bu magistrde oxuyanlara da aiddirmi

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed